“Şkendiya”nın futbolçusu: “Zirə”yə keçmək imkanım var idi, gəlmədim”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından (5:1) sonra qonaqların yarımmüdafiəçisi Alhassan Adamu apasport.az saytına müsahibə verib.
"Məğlub olsaq da, yeni nələrsə öyrəndik. Bizim üçün yaxşı şeylər də oldu. Növbəti görüşə fokuslanmalıyıq. Çünki “Qarabağ”la matçlar geridə qaldı. Səhvlərimizi gördük, yeni şeylər öyrəndik. Mənim burada işim budur".
- Pley-offda kiminlə qarşılaşmaq istəyərsən, "Ferentsvaroş", yoxsa "Lüdoqorets"?
- Düzünü desəm, bu komandalardan heç birini tanımıram. Amma gələn hər kəs bizim üçün yaxşıdır. Heç birini fərqləndirmək istəmirəm. Sadəcə, gözləyirəm. Bizə qarşı oynamağa gələn hansıdırsa, o da bizim üçün yaxşıdır.
- Bu, Bakıya ilk səfərindir?
- Bəli, ilk dəfədir Bakıya gəlirəm. Amma əvvəllər "Zirə"yə keçmək imkanım var idi, gəlmədim. Şəhərinizi bəyəndim.
- Niyə?
- Bilmirəm. Bəlkə, gələcəkdə alındı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Avqust 2025 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















