Icma.az
close
up
RU
“Şkendiya”nın sürpriz qələbəsinin azərbaycanlı şahidi “belə rəqiblərə qol vurmaq çox çətindi”

“Şkendiya”nın sürpriz qələbəsinin azərbaycanlı şahidi “belə rəqiblərə qol vurmaq çox çətindi”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, “Şkendiya” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin hər iki oyununda FKSB-ni məğlub etdi (1:0, 2:1) və “Qarabağ”a rəqib oldu.

Komandaların Rumıniyada keçirilən matçını stadiondan izləyənlər arasında azərbaycanlı jurnalist Abbas Zahidi də olub. Onunla əlaqə saxlayaraq sözügedən oyun, “Şkendiya” və bu komandanın “Qarabağ”a qarşı keçirəcəyi görüşlər haqda fikirlərini öyrəndik.
Həmkarımızın “Football-plus.az”a cavabı:

“Məncə, “Şkendiya” dünən azsaylı şanslardan birindən istifadə edərək qələbə qazandı. FKSB daha keyfiyyətli komandadı. Ancaq ötən mövsüm avrokuboklardakı uğurlu çıxışdan sonra futbolçularda ruh düşkünlüyü hiss edilir. “Qarabağ”da da “Bayer-04”ə qarşı matçlardan sonra belə durum yaranmışdı. Rumıniya təmsilçisi arxayınlığın qurbanı oldu. Oyun heç-heçə və ya FKSB-nin qələbəsiylə bitə bilərdi. Düşünürəm ki, “Qarabağ” bütün Şimali Makedoniya klublarından üstündü. Həmçinin İrlandiya futbolunun səviyyəsi daha yüksəkdi. Yəni “Şelburn”a 4 cavabsız qol vuran komanda “Şkendiya”nı da mübarizədən kənarlaşdıra bilər. Ancaq diqqət edilməli məqamlar var. Bu rəqib ən kiçik boşluqları maksimum dəyərləndirir, 90 dəqiqə ayıq-sayığlığı qoruya bilir. Oyun ərzində taktiki gedişlər edir. Konkret sistemlə oynamırlar, ancaq qapalı oyuna üstünlük verirlər. Belə rəqiblərə qol vurmaq çox çətindi. İş ondadı ki, qol buraxsalar, dərhal önə atıla bilirlər. Qol duyumları yüksəkdi. “Qarabağ” açıq futbola üstünlük verir. Lakin “Şkendiya” bu təkliflə çıxış etməyəcək. Çünki nəticəyönümlü oynayırlar. Amma ümumi baxsaq, tam “Qarabağ”ın “dişinə görə” olan komandadı. Ağdam təmsilçisi belə rəqiblərlə xeyli oyun keçirib. Bəli, əksəriyyətində minimalhesablı qələbə qazanıb, lakin nəticə sərfəli olub. Bununla belə, “Şkendiya” ilə oyunlarda arxayınlığa yer yoxdu. Diqqətimi cəlb edən məsələlərdən biri də Şimali Makedoniyadan Rumıniyaya 200-250 azarkeşin gəlməsi idi. Bu klubun səfərdə bu qədər tərəfdar tərəfindən dəstəklənməsi məni təəccübləndirdi”.

KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri