Icma.az
close
up
RU
Skinhed dövlət: Putinin başıqırxıq siyasəti və ya islanmışın yağışdan nə qorxusu

Skinhed dövlət: Putinin başıqırxıq siyasəti və ya islanmışın yağışdan nə qorxusu

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlı ailələrə qarşı törətdiyi vəhşilik, iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin döyülərək, işgəncələrə məruz qalması və həbs edilməsi bu ölkənin onsuz da yerlə sürünən beynəlxalq imicinə daha bir böyük ləkə oldu.

Əgər əvvəllər Rusiyada millətçi dəstələrin, demək olar ki, hər gün qeyri-ruslara qarşı hücümlarının, bazarlara basqınlarının, "Rus marşı" adlanan neonasist yürüşlərinin şahidi olurduqsa, indi bu səlib yürüşü dövlət səviyyəsində davam etdirilir.

Məişət ksenofobiyasından dövlət siyasətinə

Rusiyada məişət ksenofobiyasının dövlət siyasətinə çevrilməsi prosesi bu günün məsələsi deyil və Vladimir Putinin hakimiyyəti illərində yürüdülən ardıcıl siyasi xəttdir.

Xatırlayırsınızsa, təxminən 10 il bundan əvvəl bu ölkədə tüğyan edən "Piranya-74" kimi skinxed dəstələri (başıqırxıq radikal ultramillətçilər) ləğv edildi və bu, Kremlin neonasistlərə qarşı mübarizəsi kimi qələmə verildi. Lakin şovinizmin dərin kök buraxdığı bir dövlətdə bu problemin hansısa kosmetik inzibati üsullarla aradan qaldırılmasını gözləmək sadəlövhlük olardı.

Küçədə, bazarda, metroda qeyri-ruslara hücum çəkən, miqrantları döyüb, öldürüb buna görə bir çox halda yüngül cəza belə almayan skinxed dəstələrinin arxasında məhz dövlətin dayandığını bilənlər isə başa düşürdü ki, söhbət bu eybəcər halın kökünün kəsilməsindən getmir. Sadəcə V. Putin başıqırxıq küçə dəstələrinin sonda Rusiyanın özünə başağrısına çevriləcəyini anladığı üçün artıq bu sahəni güc strukturlarının əlində cəmləşdirməyə qərar vermişdi. Bu gün Yekaterinburqda baş verənlər və ondan əvvəlki hadisələr də bunu bir daha təsdiqləmiş oldu.

Güc strukturları, yoxsa cəza dəstələri?

Son bir ayda Rusiya güc strukturlarının oxşar hücumlarına Moskvada yaşayan özbək və qırğızların da məruz qaldığını xatırlasaq, prosesin sistemli olduğunu, tapşırığın isə vahid mərkəzdən gəldiyini görərik. Doğrudur, Özbəkistan və Qırğızıstan vətəndaşlarına qarşı hücumlar onların miqrasiya qanunvericiliyini pozması ilə əlaqələndirilirdi, Yekaterinburqda azərbaycanlı ailələrın evlərinə basqınlar isə başqa motivlə əsaslandırılır. Lakin hər bir halda cəza dəstələri rolunda güc strukturları çıxış etdiyi üçün, baş verənlərin hamısının vahid bir irqçi siyasətin tərkib hissəsi olması göz önündədir.

Əlbəttə, qanunsuz kütləvi miqrasiya ciddi sosial problemdir və bu, bütün dövlətləri narhat edir. Lakin Rusiyada baş verənlər sosial problemlərin həllindən daha çox, irqçi siyasətin fəsadlarıdır.

Sözügedən hücumların getdikcə daha qəddar üsullarla və daha nümaişkaranə həyata keçirilməsi isə kütləvi efektə hesablanıb. Məqsəd isə öz dövlətinə güvənməyən və fərarilik edən rus gənclərinin yerinə məcburən cəbhəyə göndərilmək və Ukrayna torpaqlarının işğalında iştirak etmək istəməyən "gəlmələr" arasında xof yaratmaqdır.

Kim daha çox cinayətkardır?

Yeri gəlmişkən, may ayında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin özü də etiraf etmişdi ki, güc strukturları 20 min nəfər miqrantı "tutaraq", Ukrayna cəbhəsinə göndərib. Lakin elə Bastırkinin özü də etiraf edib ki, Rusiya üzrə açılmış cinayət işlərinin cəmi 4,3%-i miqrantlar tərəfindən törədilib. Dolayısıyla, Rusiya güc strukturlarının qeyri-ruslara qarşı belə nümayişkaranə hücumlarına obyektiv zərurət yoxdur. Olsa-olsa, hakimiyyətin siyasi niyyətləri ola bilər ki, hazırda məhz bu istiqamətdə atılan addımlara şahidlik etməkdəyik.

Putinin köməkçisi Vladimir Medinski, ermənipərəst deputat Konstantin Zatulin, "üzü tüpürcəkli" jurnalist Vladimir Solovyov kimi təbliğat əsgərlərinin də bu proseslərdə yer alması "səlib yürüşü"nün miqyasından xəbər verir.

Kremldəkilər sual qarşısında

Biləvasitə Azərbaycana və azərbaycanlılara münasibətdə görünən odur ki, Moskva "Azərbaycan Hava Yolları"na məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulmasından sonra rəsmi Bakının tutduğu sərt və prinsipial mövqeyi həzm edə bilmir. Lakin Ukrayna savaşında bütün gücünü və simasını, Cənubi Qafqazda isə Ermənistan kimi forpostunu itirmiş, Orta Asiyadakı mövqelərini Çinə uduzmuş Moskva, Azərbaycanla mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək addımlardan çəkinsə, onun özü üçün yaxşı olar.

Vaxtilə özlərinin himayə etdikləri skinhed dəstələrinin ləğvinə fərman verən və sonradan neonasist hərəkatı leqallaşdırıb "Russkaya obşina" kimi yeni ultramillətçi hərəkatı dövlət qeydiyyatına alan Vladimir Putin indi də güc strukturları və təbliğat maşınını qeyri-rusların üstünə göndərməklə sonda ritorik bir sualla üz-üzə qalacaq: "Hansı daha təhlükəlidir: başıqırxıq küçə uşaqları, yoxsa başıpozuq dövlət?"

"Report" analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 İyun 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri