Icma.az
close
up
RU
Şkrinyar qol sevincinin mənasını açıqladı

Şkrinyar qol sevincinin mənasını açıqladı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müqavilə ilə PSJ-yə məxsus olan və icarə əsasında “Fənərbaxça”da top qovan Milan Şkrinyar “sarı-lacivərdlilər”in rəsmi kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı təcrübəli slovakiyalı müdafiəçi son iki turda komandası üçün önəmli qollar vurub.
Karyerasını Türkiyədə davam etdirib-etdirməyəcəyi bilinməyən Şkrinyar bunları deyib:

“Trabzonspor”la matçda çox yaxşı performans sərgilədik. Qolları fasilədən sonra vursaq da, ilk yarıda da pis oynamamışdıq. Şanssız bir qol buraxdıq ki, bu da futbolun bir parçasıdı. Əsas odu ki, buraxılan qola düzgün reaksiya verdik. Hədəfimiz qalib gəlmək idi və buna da nail olduq. Qol sevincimin mənasını məndən çox soruşurlar. Böyük qızım Şarlotta “Moana” adlı cizgi filmini çox sevir. Orda “Maui” adlı əsas qəhrəmanın özünəməxsus bir duruşu var. Mən də qol sevinci zamanı onun duruşunu təkrarlamağa çalışdım. “37” nömrəyə üstünlük verməyimin xüsusu bir sirri yoxdu. Sadəcə, klub karyeramda bu nömrə mənə uğur gətirir. Karyeram boyunca bu nömrə altında oynamışam. Ona görə də mənim sevimli nömrəmdi. Həm də məndən öncə həmyerlim Martin Şkrtel də “Fənərbaxça”da bu nömrə altında oynamışdı. Mən də bu ənənəni davam etdirmək istədim. Ailəm həyatımda çox önəmli yer tutur. Çünki mənə həmişə dəstək veriblər. Sol qoluma qızımın adını döymə etdirmişəm. Sağ qoluma da digər qızımın adını döydürməyi planlaşdırıram. Uşaqlarımın sayı artsa, bu dəfə ayaqlarımın köməyindən istifadə edəcəm (gülür). Burda özümü həqiqətən də çox xoşbəxt hiss edirəm. Türkiyəyə ayaq basdığım ilk gündən mənim üçün hər şey gözəl şəkildə irəliləyir. Mourinyo ilə bura gəlməmiş söhbət edərək mənlə bağlı planları ilə tanış olmuşdum. Hər oyunda sona qədər mübarizə aparmağa və komanda üçün əlimdən gələni etməyə çalışıram. Hələ maksimum səviyyəmizə çatmamışıq. Bunda da yaxşı oynaya bilərik. Artıq hər qarşılaşma finala bərabərdi. Strategiyanın bir önəmi yoxdu. Yeganə önəmli şey qələbə qazanmaqdı. “Sivasspor”la oyun da daxil olmaqla qarşıda bizi 8 final matçı gözləyir. Mövsümün sonunda nə olacağını birlikdə görəcəyik. Fanatların dəstəyini isə ilk gündən hiss edirəm. Burda fanatlar həqiqətən də mükəmməldi. Onların dəstəyini, enerjisini hiss etmək mənim üçün önəmlidi. Hər matçda tribunada bizi gözəl şəkildə dəstəkləyirlər. Üstəlik sosial şəbəkələrdə də çox gözəl dəstək mesajları göndərərək bizi ruhlandırırlar. Gələcəyimlə bağlı qərar verilməyib. Doğru zaman gələndə bir çıxış yolu tapmaq üçün idman direktorumuz və başqanımızla görüşərək bu məsələni müzakirə edəcəyik. Mən zatən mövsümün sonuna qədər üzərimə düşəni və əlimdən gələni edəcəm. Müqavilə məsələsini isə sonraya saxlamışıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri