Skuter sürücüsü yolda təhlükə yaratdı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bakıda skuter sürücüsü yolda əks istiqamətdə hərəkət edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atırlar:
“Görüntüdən də aydın görünür ki, skuter sürücüsü hərəkətin intensiv olduğu yolda nəqliyyat axınına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradır. Belə hal yolverilməzdir və öz növbəsində inzibati məsuliyyət yaradır. Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər də diqqətli olmalı, qaydalara birmənalı olaraq riayət etməlidirlər”.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















