Skuterlərin harda gəldi park edilməsi problem yaradır VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtda elektrik skuterlərinin nəzarətsiz şəkildə park edilməsi ilə bağlı narazılıqlar artmaqdadır.
Avtosfer.az xəbər verir ki, xüsusilə dayanacaq, səkilər və piyada keçidlərinin yanında qoyulan skuterlər həm piyadaların hərəkətinə mane olur, həm də yol-nəqliyyat təhlükəsizliyini pozur. Bu dəfə isə Tbilisi prospektində avtobus dayanacağında çəkilən görüntülərdə skuterlərin avtobus dayanacağında park edildiyini görürük.
Dayanacaqda təsadüfi şəkildə buraxılan skuter sərnişinlərin avtobusa minməsinə mane olur və ərazidə sıxlıq yaradır. Bu cür halların son zamanlar daha tez-tez müşahidə edilməsi nəzarət mexanizmlərinin təkmilləşdirilməsini gündəmə gətirir.
Mütəxəssislər bildirirlər ki, skuterlərin düzgün park edilməsinə nəzarət üçün şəhərdə xüsusi qaydalar və cərimə mexanizmi daha aydın şəkildə tətbiq olunmalıdır. Onların fikrincə, paylaşılan skuter şirkətləri də məsuliyyət daşımalı, parkinq zonalarını genişləndirməli və istifadəçilərə xəbərdarlıqlar etməlidirlər.
Eyni zamanda, nəqliyyat mütəxəssisləri qeyd edirlər ki, avtobus dayanacaqları, piyada keçidlərinin yaxınlığı və fövqəladə xidmətlərin giriş sahələri kimi ərazilər skuter parkinqi üçün tamamilə qadağan olunmalıdır. Bu qaydaları pozan istifadəçilərə cərimələrin tətbiqi, həmçinin skuter şirkətlərinə məsuliyyətin birgə paylanması təklif olunur.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















