“Sky sports”un tanınmış şərhçisi “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 noyabr, AZƏRTAC
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək daha bir qonağın adı bəlli olub.
Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, “Sky sports”un tanınmış idman şərhçisi David Qarrido Azərbaycan təmsilçisinin dəvəti ilə ölkəmizə gəlir.
“Sky sports”dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansın yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. İngilis və ispan dillərində şərhçilik bacarığı olan böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir. O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq.
Qeyd edək ki, “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da Mavi zonanın "Nəsimi" zalında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















