Slovakiyanın Baş naziri Moskvaya səfərinin məqsədini açıqlayıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, onun Rusiyaya səfəri Ukrayna prezidenti Volodimir Zelenskinin ölkə ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı sözlərinə reaksiyadır.
“Report” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.
“Mənim bugünkü görüşüm cümə axşamı sualıma cavab verən Volodimir Zelenskinin Ukraynadan bizim Slovakiya ərazisinə qaz tranziti ilə bağlı istənilən variantın əleyhinə olduğu barədə sözlərinə reaksiya idi”, - Slovakiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qeyd edək ki, Moskvada səfərdə olan Slovakiyanın Baş naziri Robert Fiko Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Aparılan danışıqlardan sonra media üçün birgə bəyanat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Dekabr 2024 02:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















