Icma.az
close
up
RU
“Şlyapa Zahid”in məhkəməsi: Alacağımız olan 2 milyon dolları 4 il sonra məhkəmə qərarı ilə aldıq KONKRET

“Şlyapa Zahid”in məhkəməsi: Alacağımız olan 2 milyon dolları 4 il sonra məhkəmə qərarı ilə aldıq KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində çıxış edən Yalçın Ələkbərov deyib ki, rəhbəri əcnəbi olan “R.S” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib:

“İşlədiyim şirkət tenderdə qalib gəlib və hərbi hissədə yataqxananın tikilməsini həyata keçirib. Şirkətin rəhbəri H.L. olub və o, həm Azərbaycanda, həm də İngiltərədə olub. Müdafiə Nazirliyi ilə müqaviləmiz olub. Razılaşmaya əsasən, işin əvvəlində 440 min manat pul köçürüldü. Daha sonra puldan 2 milyon dollar qalıb və həmin pulun köçürülməsində problemlər yarandı. Bununla bağlı məhkəmə çəkişməmiz oldu, 4 ildən sonra qalib gəldik. Həmin pulun məhkəmə qərarı ilə alınması mümkün oldu”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədən məlum olur ki, tikinti işlərinin görülməsi üçün müqavilənin dəyəri 7 milyon dollar olub. İfadədə qeyd olunub ki, Goranda hərbi hissədə yataqxananın tikilməsi və digər təmir işlərinin görülməsi nəzərdə tutulub.

Daha sonra Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil Zahid Niftəliyevin 2015-ci ilin 14 aprel, 15 iyul, 3 dekabr, 2016-ci ilin 25 fevral, 7 mart, 15-24 iyun, 30 iyul, 22, 27 və 29 dekabr tarixlərində telefon danışıqlarının, onun əhatə dairəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsini istəyib.

Hakim bildirib ki, bu məsələyə növbəti iclasda münasibət bildiriləcək.

Məhkəmə prosesi mayın 7-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri