Icma.az
close
up
RU
Şlyapa Zahidin məhkəməsində şahidlər ifadə verib

Şlyapa Zahidin məhkəməsində şahidlər ifadə verib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Xamiz Süleymanov “ATABank”da Depozitar bölmədə çalışdığını, Zahid Niftəliyevi tanımadığını bildirib. Qeyd edib ki, işi inkassasiya xidmətinin təşkil olunmasından ibarət olub, heç vaxt müştərilərlə əlaqəsi olmayıb: "Krediti əməliyyat departamenti müştəriyə təyin edir. Bütün proses isə elektron formada təşkil olunur. Çalışdığımız yerdə ekranda göstərilirdi ki, məsələn, mərkəzi kassaya filan qədər pul köçürülməlidir. Biz də edirik. Həmin ekranda krediti götürən və ya pulu istəyən şəxslər barəsində məlumat əks olunmur. Zahid Niftəliyevə pul köçürülməsi ilə bağlı məlumatım olmayıb. Daha doğrusu, bu məlumat mənim səlahiyyətim daxilində olmayıb. Mən pulların daşınmasında iştirak etmişəm. Seyfi bağlayıb, axşam rəhbərlərə təhvil vermişəm. 1997-ci ildən bank bağlanana qədər “ATABank”da çalışmışam”.

Dövlət ittihamçısı bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda danışdıqları arasında ziddiyyət var.

Belə ki, şahid istintaqda bildirib ki, onun çalışdığı müəssəsədə iki fərqli otaqda seyflər olub - biri bankın rəsmi kassası imiş, digəri olan otağa isə işçilər daxil ola bilmirmiş. Həmin kassa mərhum vergilər naziri Fazil Məmmədov və onun müşaviri Mahir Rəfiyevin şəxsi seyfi olub. Mahir Rəfiyev isə şahidə güvəndiyi üçün həmin seyfin açarını ona verib:

"Bu seyfin bankın kassasına aidiyyəti olmayıb. Mən Mahir Rəfiyevin göstərişi ilə oradakı pulları lazımi şəxslərə çatdırmışam. Məbləğ barəsində məlumatlar onlarda olub".

Onun qardaşı, digər şahid Xəyyam Süleymanov isə bankda xəzindar kimi çalışdığını deyib. Bildirib ki, Zahid Nifətliyevi bir dəfə bankda görüb: "Böyük məbləğli müştərilər gələndə onları şəxsən görə bilirdik. Müştəri xidməti departamentində müştərinin istədiyi məbləğə uyğun qəbz hazırlanırdı. Əgər bankda kifayət qədər məbləğ yoxdursa, öncədən sifariş verilir. Belə qəbzlərdən biri də müştəri Zahid Niftəliyevdə olub. O, 2015-ci ildə qəbz ilə bizə yaxınlaşaraq 7 milyon manat məbləği istəyib. Özü şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, məbləği istəyib, sənədləri imzalayıb, biz də pulu təqdim etmişik. Mən onu yalnız bir dəfə görmüşəm".

Sədr bildirib ki, təqsirləndirilən şəxsə 7 milyon 350 min pul verilib. Lakin şahid yalnız 7 milyonu xatırladığını, qalanları xatırlamadığını deyib.

Təqsirləndirilən şəxsin 24 milyon 234 min pulu mənimsəməkdə ittiham olunduğu da qeyd olunub. Şahid bu barədə məlumatı olmadığını qeyd edib.

Zahid Niftəliyev şahidə onu həqiqətən görüb-görmədiyini soruşub: "Sənin vicdanın varsa, dürüst ol, məni görüb 7 milyon manat pul vermisən?"

Şahid isə dediklərini təsdiqləyərək bildirib ki, onu görüb və həmin məbləği ona təqdim edib.

Zahid Niftəliyev isə bildirib ki, o, ümumiyyətlə, kassanın harada yerləşdiyini bilmir: "Sənin balaların var, danışanda vicdanla danış. Allahın bilər, özün bilərsən"...

Digər şahidlərinin məhkəməyə gətirilməsi məqsədilə prosesin təxirə salınması istənilib.

Təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov isə Zahid Niftəliyevin səhhəti ilə bağlı əməliyyat keçirəcəyini bildirərək məhkəmədən vaxt istəyib.

Proses dekabrın 18-dək təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri