Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təxminən 30 il ərzində müasir həyata hakim olan smartfonlar sadə ünsiyyət vasitəsindən işdən əyləncəyə qədər hər şeyi idarə edən güclü cihaza çevrilib. Lakin bir müddət sonra bu qadcetlər artıq düşünüldüyü qədər zəruri olmaya bilər.
Oxu.Az-ın "Binance"a istinadla verdiyi məlumatla görə, bu cür cəsarətli bəyanatla "Meta" rəhbəri Mark Zukerberq çıxış edib.
O, 10 ildən az müddətdə insanların rəqəmsal məlumatlara əsas giriş üsulu kimi smarteynəklərin smartfonları əvəz edəcəyini proqnozlaşdırıb.
"Meta" qurucusu bildirib ki, o, insanların cihazı cibindən çıxarmadan rəqəmsal kontentlə qarşılıqlı əlaqədə olduğu bir dünya təsəvvür edir. İdeya sadədir: telefon ekranına baxmaq əvəzinə, rəqəmsal məlumat real vaxt rejimində real dünyaya əlavə olunacaq.
Ekspertlər bunun, sadəcə, uzaq bir xəyal olmadığını deyirlər. Belə ki, "Meta" və "Apple" artıq AR (artırılmış reallıq) cihazlarına milyardlarla investisiya qoyublar. "Apple"ın "Vision Pro"su şirkətin smartfonlardan kənara çıxmaq planının göstəricisidir, "Meta" isə smarteynəkləri əsas axına çevirməyə cəhd edir.
Baxış sayı:123
Bu xəbər 16 Fevral 2025 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















