Icma.az
close
up
RU
Şöbə müdiri gileyləndi: Dərhal şəklini çəkib TV lərə atırlar, amma özləri... VİDEO

Şöbə müdiri gileyləndi: Dərhal şəklini çəkib TV lərə atırlar, amma özləri... VİDEO

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonunda 43 hektar ərazidə yerləşən, gözəlliyi ilə heyran edən Gənclik parkı təəssüf ki, insan laqeydliyinin qurbanına çevrilir. Yüzlərlə ağacla əhatələnmiş, insanların ailəvi rahat vaxt keçirəcəyi bu ünvana hər gün nə qədər insan piknik üçün üz tutur.

Bununla belə yeyib-içdikdən sonra parkı zibillik içərisində qoyub gedənləri görəndə təəssüflənməmək mümkün deyil. Parkın ərazisində gəzərkən təəssüf ki, heç də xoş olmayan mıənzırı ilə qarşılaşdıq. Yaşıllığın içərisində atılmış sellofanlar, cips paketləri, plastik butulkalar və daha nələr nələr.

Sözsüz ki, parkın ərazisi çox böyük olduğundan ora gələn bütün insanlara da eyni anda nəzarət etmək mümkün deyil. Amma bu o demək deyil ki, insanlar gözdən uzaq olanda, ürəkləri nə istəsələr, edə bilərlər.

Adətən insanları bu cür xoşagəlməz əməllərdən çəkindirən vasitələr ictimai qınaq və cərimələrdir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla danışığımız zamanı məlum oldu ki, onlar da bu problemdən narahatdır. Qurum rəsmisi Ölkə.Az-a açıqlamaında ictimaiyyətə səslənib:

“Müvafiq qurumlar, o cümlədən rayon bələdiyyəsi,  polis əməkdaşları tərəfindən əraziyə nıəzarət edilir. Bəzi hallarda mövcud qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar məcəlləsinin müvafiq bəndlərinə uğun olaraq cərimələr də tətbiq olunur. Ətraf mühitin çirklənməsi halları qeydə alınanda parkın rəhbərliyi tərəfindən polisə məlumat verilir. Yəqin ki, onlar tərəfindən də cərimə tətbiq olunur. Nəzarətçilər daim orada reydlər keçirir. Amma düşünürəm ki, çox şey məhz insanlarımızdan, onların davranışından asılıdır. Bəzi parklarda pikniklərə icazə verilir. Amma çox təəssüflər olsun ki, insanlarımız piknikdən sonra arxasınca tökdükləri tullantını yığışdırmırlar. 

Yanğın təhlükəsizliyi məqsədilə ərazidə samovar və ocaq qalamaq qəti qadağaqndır. Buna cəhd edildiyi halda dərhal qarşısı alınır.  

İnanın biz özümüz də bu vəziyyətdən narahatıq. Eləcə də sakinlərimizin laqedliyindən. Bir də görürsən hansısa binanın həyətində boyu heç 1 metrə çatmayan ağac bir azca yana əyilib, dərhal fotosunu çəkib televiziyalara, mətbuata atırlar ki, baxımsız vəziyyətdə qalıb. Onu balaca uşaq görsə, bir balaca dəstək verər, düzəldər, dibinə gətirib bir vedrə su tökər.

Sizin vasitənizlə insanlara çağırış edirəm ki, təmizliyin, yaşıllığımızın qorunmasında həssaslıq nümayiş etdirsinlər. Xarici ölkələrdə belə məsələlər əsasən ictimai qınaqla tənzimlənir”, - deyə o əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində, ətraf mühitin çirklənməsinə görə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin isə 1000 manat məbləğində cərimələnməsi nəzərdə tutulub.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri