Icma.az
close
up
RU
Şöbə müdiri: Hazırda Zəfər muzeyində daxili tərtibat işləri aparılır

Şöbə müdiri: Hazırda Zəfər muzeyində daxili tərtibat işləri aparılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

Hazırda inşası yekunlaşan Zəfər muzeyində daxili tərtibat işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “PMD Projects”in Korporativ Dəstək Şöbəsinin müdiri Xəyal Seyidzadə deyib.

O qeyd edib ki, Zəfər parkı layihəsi ümumilikdə iki mərhələdən ibarətdir. Birinci mərhələdə Zəfər parkı və 44 metrlik tağ inşa edilib. Ötən il noyabrın 8-də Prezident İlham Əliyev tərəfindən parkın rəsmi açılışı olub.

X.Seyidzadə hazırda görülən işlərlə bağlı məlumat verib və bildirib: “Zəfər muzeyinin giriş hissəsində və mobilizasiya ərazisində bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlər həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də işlərin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratmaq məqsədi daşıyır.

Qeyd etmək istərdim ki, muzeyin inşası Zəfər parkının fəaliyyətinə hər hansı maneə yaratmır.

Park ziyarətçilər üçün açıqdır və əraziyə bir neçə giriş nöqtəsi vasitəsilə rahat şəkildə daxil olmaq mümkündür”.

O əlavə edib ki, Zəfər muzeyi layihəsi xalqımızın qəhrəmanlıq salnaməsini və tarixi Zəfərini əbədiləşdirmək, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilir. Muzey təkcə sərgi məkanı deyil, həm də milli yaddaşın və qürur duyulası tariximizin rəmzi olacaq.

Xatırladaq ki, 2024-cü ildə “PAŞA Holding”in sifarişi ilə “PMD Projects” tərəfindən Bakı şəhərində Zəfər parkı inşa edilib. 2024-cü il noyabrın 8-də Zəfər parkı tam şəkildə tamamlanaraq istifadəyə verilib. Park ərazisində inşa olunan Zəfər muzeyində iyulun 15-də daxili tərtibat işlərinə start verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri