Icma.az
close
up
RU
Статья не опубликована
Şöbə müdiri: Xankəndidə bayram tədbirləri bir neçə gün davam edəcək

Şöbə müdiri: Xankəndidə bayram tədbirləri bir neçə gün davam edəcək

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Xankəndi şəhərində bayram tədbirləri bir neçə gün davam edəcək.

Bunu “Report”un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

O, Xankəndidə uzun müddətdən sonra ilk dəfə bayram yarmarkası təşkil olunduğunu vurğulayıb:

“Yarmarka Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilib. "Qış nağılı" adlı yarmarkada bir çox şirkət və müəssisələr, həmçinin fərdi şəxslər təmsil olunur, öz məhsullarını nümayiş etdirirlər.

Çox əlamətdardır ki, biz uzun illər işğal altında olan və artıq azad edilən doğma Xankəndidə belə tədbirləri keçirir, bu sevinci yaşayırıq. Xalqımız uzun illərdir, səbirsizliklə gözlədiyi bu günü böyük coşqu ilə qarşılayır”.

A.Telmanqızı Xankəndidə keçirilən bayram tədbirlərinin bir neçə gün davam edəcəyini bildirib:

“Yarmarka yanvarın 4-nə qədər davam edəcək. Onu da qeyd edim ki, bayram tədbiri bununla yekunlaşmır. Xankəndidə dekabrın 28-də bayram konserti, dekabrın 31-də isə atəşfəşanlıq olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see249

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see205

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see155

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see147

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see140

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see133

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see132

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri