Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

SOCAR da kadr hazırlığı və yerli mütəxəssislərin hazırlanması necə aparılır? QURUMDAN AÇIQLAMA

SOCAR da kadr hazırlığı və yerli mütəxəssislərin hazırlanması necə aparılır? QURUMDAN AÇIQLAMA

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR həm öz işçi heyətinin bilik və bacarıqlarını artırır, həm də ölkə vətəndaşlarının müasir peşə bacarıqlarına yiyələnməsinə töhfə verir". SİA mövzu ilə bağlı quruma sorğu göndərib.

Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin verdiyi cavaba görə, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafı iki əsas istiqamətdə həyata keçirilir: "SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərində təşkil olunan təlimlər: – Bu təlimlər SOCAR əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır. TTSİ-də ümumilikdə 400-dən artıq funksional və davranış bacarıqlarının inkişafı istiqamətində təlimlər mövcuddur.

Kənar təlim provayderləri ilə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlər: – Bu yanaşma əməkdaşlara beynəlxalq təcrübəni mənimsəmək və ən son biliklərə yiyələnmək imkanı yaradır.
2024-cü il ərzində ümumilikdə 25938 nəfər əməkdaş müxtəlif təlim sessiyalarında iştirak etmişdir. Bu təlimlər sayəsində əməkdaşlar yalnız öz sahələrində mütəxəssis olmaqla kifayətlənmir, eyni zamanda qlobal əmək bazarında da rəqabətə davamlı peşəkarlar kimi formalaşırlar".

Həmçinin, SOCAR yalnız mövcud əməkdaşların deyil, həm də gələcək mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirir: "Bu məqsədlə, TTSİ hər il müxtəlif peşə istiqamətləri üzrə təlim proqramlarına qəbul elan edir. Təlim mərkəzlərinə qəbul olunan yüzlərlə iştirakçı müvafiq sahələr üzrə bilik və bacarıqlar əldə edərək peşəkar kadr kimi formalaşırlar. Bu proses ölkənin ümumi işçi bazarının inkişafına töhfə verməklə yanaşı, SOCAR-ın tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına da xidmət edir.
SOCAR-ın həyata keçirdiyi bu strategiya, davamlı inkişafı və yüksək səviyyəli kadr potensialını təmin edərək şirkətin və ümumilikdə ölkənin enerji sektorunda rəqabət qabiliyyətini artırmağa yönəlib.

Gənc mühəndislər və tələbələr üçün təqaüd və təcrübə proqramları varmı?

Hazırda SOCAR-da gənc mühəndislər və tələbələr üçün 3 proqram mövcuddur;

Xarici Təqaüd Proqramı

SOCAR gənc mütəxəssislərin inkişafına xüsusi önəm verərək 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını həyata keçirir. Bu təşəbbüs SOCAR-ın potensiallı və gənc əməkdaşlarının xaricdə nüfuzlu universitetlərdə təhsil almasına və beynəlxalq təcrübə qazanmasına xidmət edir.

Proqram gənc mütəxəssislərə beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələrində təhsil almaq, ən son texnologiyalar və innovativ həllərlə tanış olmaq, həmçinin müxtəlif ölkələrdə praktiki biliklər qazanmaq imkanı yaradır. Bu isə onların peşəkar inkişafına və SOCAR-ın gələcək liderləri kimi formalaşmasına mühüm dəstək verir.

SOCAR-ın Xarici Təqaüd Proqramı, yalnız fərdi inkişafı deyil, eyni zamanda şirkətin uzunmüddətli strategiyasına uyğun olaraq, yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik kadr potensialının gücləndirilməsini də hədəfləyir. Bu təşəbbüs SOCAR-ın dayanıqlı inkişaf strategiyasının bir hissəsi olaraq, Azərbaycanın enerji sektorunun gələcəyini formalaşdıran mühüm layihələrdən biridir.

SOCAR-ın dəstəyi ilə təhsil alan gənclər bu gün neft-qaz, kimya mühəndisliyi, alternativ enerji mənbələri və digər strateji istiqamətlərdə dərin biliklərə yiyələnərək gələcəkdə ölkənin enerji sektorunun inkişafına töhfə verirlər.

Ödənişsiz istehsalat təcrübəsi proqramı.

Hər il SOCAR-ın müəyyən etdiyi prioritet ixtisaslar üzrə təhsil alan tələbələr üçün, şirkətin müəssisə və təşkilatlarının maddi-texniki resursları nəzərə alınaraq, əvvəlcədən müəyyən edilmiş illik kvota çərçivəsində təşkil edilir. Bu proqrama fərdi şəkildə və ya təhsil müəssisələri tərəfindən müraciətlər qəbul olunur. Fərdi qaydada bu proqrama il boyu müraciət etmək mümkündür və təcrübənin müddəti 2 (iki) aydır. Proqramda iştirak etmək üçün müraciət etmiş tələbə və məzunlar Azərbaycan Respublikasının vətəndaşı olmalı, Ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 3-cü və 4-cü kurslarda və ya magistratura pilləsində təhsil almalıdır. Proqramın əsas özəlliyi tələbə və məzunlara öz ixtisaslarına uyğun nəzəri biliklərini, bacarıq və səriştələrini praktiki iş mühitində inkişaf etdirmələridir.

Gənc İstedadlar Proqramı (GİP).
Gənc İstedadlar Proqramının əsas məqsədi istedadlı gəncləri SOCAR-a cəlb etmək, onların inkişafını səmərəli təşkil etmək, real iş mühitində müxtəlif öyrənmə metodlarından istifadə edərək səriştəliklərini inkişaf etdirmək, şirkətin işəgötürən brendini gücləndirməkdir. Proqramın müddəti 5 aydır. Proqram müddətində iştirakçıların bilik və bacarıqlarının kompleks inkişafına nail olmaq məqsədilə 70-20-10 modeli əsas tutularaq işüstü (praktiki) öyrənmə və mentorluqla yanaşı müxtəlif təlimlərə cəlb edilməklə səriştəliklərinin inkişafına dəstək göstərilir. Bu xüsusda, hər bir iştirakçı üçün SOCAR-ın peşəkar mütəxəssislərindən ibarət mentorlar təyin olunur. Mentor iştirakçı üçün inkişaf proqramı hazırlayır və 5 ay ərzində iştirakçının inkişaf ehtiyaclarını proqrama uyğun təmin edir.

2022-ci ildən etibarən təşkil edilən GİP istedadlı gənclər üçün unikal imkanlar yaratmaqla, onların təkcə ölkə daxilində deyil, eləcə də SOCAR-ın xaricdə yerləşən törəmə müəssisələrində işə qəbul üçün dəyərləndirilmə fürsəti yaratmış olur. Belə ki, proqramın tətbiq edildiyi gündən 6 nəfər proqram qalibi SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Türkiyə ƏŞ-də işlə təmin edilmişlər. İndiyə qədər ümumilikdə, bu Proqramın 175 nəfər qalibi SOCAR-da işlə təmin edilmişdir.

Proqrama Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

GİP-in altproqramı olan “Çalışan tələbə”

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan gənclərin inkişafına dəstək olmaq və onların gələcəkdə məşğulluğunun təmin edilməsi, eləcə də istedadlı gəncləri daha erkən vaxtlardan əmək bazarına cəlb edilməsi üçün Gənc İstedadlar Proqramının komponenti olan “Çalışan tələbə” proqramının icrası başlanmışdır. Bu xüsusda, “Çalışan tələbə” üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin 3-cü kursunda (5 illik təhsil sistemində 4-cü kursunda) təhsil alan tələbələrinin proqrama müraciət etmək imkanları təmin olunmuşdur. “Çalışan tələbə” iştirakçıları üçün Proqramın müddəti ümumilikdə 14 aydır. “Çalışan tələbə” iştirakçıları ilk 9 ay ixtisaslarına uyğun SOCAR-ın fərqli təşkilatlarında, hər birində 3 ay olmaqla həftədə 2 dəfə, yarım gün istehsalat təcrübəsinə cəlb olunurlar. 9 ayın tamamında “Çalışan tələbə” iştirakçıları GİP-ə birbaşa cəlb edilməklə Proqrama seçilmiş olurlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri