“SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusu müzakirə edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
SOCAR Türkiyə və Sabancı Universitetinin əməkdaşlığı ilə həyata keçirilən üçüncü “SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusunda sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılara enerji sahəsində 360 dərəcəlik baxış bucağı qazandırmağı hədəfləyən sessiyada hidrogenin enerji transformasiyasındakı yeri və potensialı əhatəli şəkildə müzakirə olunub.
Tədbirdə istehsaldan saxlanmaya və nəqliyyata qədər uzanan texnoloji proseslər, hidrogenin sənaye və enerji sistemlərində mümkün istifadə sahələri ilə birlikdə qiymətləndirilib. İştirakçılar hidrogen iqtisadiyyatının gələcəyinə dair texniki bilikləri və strateji yanaşmaları eyni çərçivədə nəzərdən keçirmək imkanı əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 04 Fevral 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















