SOCAR: Etilenpolietilen zavodunun modernləşdirilməsi ilə təbii qaza qənaət və emissiyaların azaldılmasına nail olunur AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildə təsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.
Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,6 ton karbon qazı (CO2) və 7,8 ton NOx emissiyalarının, hər il atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təmin edilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücü 93 faizə çatdırılıb, 68 faiz ümumi enerji səmərəliliyinə nail olunub.
Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər iki şirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasına sadiqliyini əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















