Icma.az
close
up
RU
SOCAR ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

SOCAR ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, "Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi" Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində "SOCAR Qrup"a daxil müəssisələrin rəhbərləri və insan resursları sahəsi üzrə məsul şəxslər üçün "Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış", "İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq" mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə, hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin olunması kimi məsələlər müzakirə edilib.

Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarə edilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət performansı fərdi hədəf kartları əsasında idarə edilir. Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğun planlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlı monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda fəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddi mükafatlandırma proseslərini əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Fevral 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri