SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir.
"TASS" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində bildirib.
""Qazprom" kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik. Çünki, yəqin ki, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, daha sonra "Qazprom"a qaz tədarük edən, indi isə yenidən qaz almaq istəyən yeganə şirkətdi", - deyə o bildirib.
Jurnalistlərin Azərbaycanın “Qazprom”dan nə qədər qaz almaq istədiyi ilə bağlı sualını cavablandıran Elşad Nəsirov hələlik bu barədə məlumatın olmadığını qeyd edib.
"Bu, sadəcə, bizim həm qaz aldığımızı, həm də qaz satdığımızı təsdiq edən faktdır. Konkret planlar yoxdur", – deyə Elşad Nəsirov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 16 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















