SOCAR qlobal iqtisadi və enerji bazarları üzrə Çərçivə sənədi təqdim edib FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qrupu üçün qlobal iqtisadi və enerji bazarları üzrə gözləntiləri və əsas fərziyyələri əhatə edən Çərçivə sənədi təqdim edilib. SİA SOCAR-a istinadən xəbər verir ki, sənədi şirkətin baş iqtisadçısı - prezidentin müşaviri Ramin Dənyarov təqdim edib.
Məlumata görə, SOCAR-ın seqment rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə qlobal iqtisadi proqnozlar, iqtisadi və enerji siyasəti mühiti, maliyyə və kapital bazarlarındakı tendensiyalar, neft-qaz sənayesindəki proseslər və ehtimal olunan risklər barədə geniş məlumat verilib.
Çərçivə sənədinin SOCAR-da strateji planlaşdırma, proqnozlaşdırma, maliyyə-büdcə modelləşdirməsi, risklərin idarə olunması və investisiya layihələrinin qiymətləndirilməsi sahələrində istinad mənbəyi kimi istifadəsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















