Icma.az
close
up
RU
“İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı

“İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu sessiyasında BMT-nin HİV/QİÇS üzrə Proqramının (UNAIDS) “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS tərəfindən təşkil olunan tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, QİÇS və Pandemiya üzrə UNAIDS-in xüsusi müşaviri Mbulava Muqabe, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) qlobal səhiyyənin əsas problemlərindən biri olaraq qalır: “Hər il dünyada bir milyondan çox insan İİV-ə yoluxur, 600 mindən çox insan isə İİV-lə bağlı xəstəliklərdən vəfat edir”.

Teymur Musayev Azərbaycanın İİV-ə qarşı mübarizədə mühüm addımlar atdığını və yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxan şəxslər antiretrovirus preparatları ilə dövlət tərəfindən təmin olunurlar: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla möhkəm tərəfdaşlıq qurub. 2023-cü ilin sonunadək Azərbaycan İİV-lə yaşayan insanlar üçün “89-80-93” səviyyəsində müayinə və müalicə xidmətlərinin göstərilməsi üzrə Qlobal Məqsədlərə nail olmaqda nəzərəçarpacaq irəliləyiş əldə edib. Bu da, bölgə üzrə ən yaxşı göstəricilərdən biridir”.

İqlim dəyişikliyinin COP29-da əsas müzakirə mövzusu olduğunu və konfrans zamanı çıxışçılar tərəfindən iqlim dəyişikliyinin təsirlərinin qeyri-mütənasib şəkildə paylandığının dəfələrlə vurğulandığını xatırladan nazir qeyd edib ki, ən çox təsirlənən ölkələr qlobal problemin həllinə çox vaxt minimal töhfə verirlər.

Diqqətə çatdırılıb ki, sübuta əsaslanan araşdırmalar belə vəziyyətdə insanların psixi sağlamlıq problemlərinin gərginləşməsini, zorakılığın və uşaq nikahların artırdığını, eyni zamanda narkomaniyanı təşviq etdiyini təsdiqləyir.

“Bakıda keçirilən COP29-da beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qlobal təsirlərini həll etmək üçün bir araya gəlib. Mövcud problemlər arasında sağlamlığa təsir ən əhəmiyyətlidir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Ancaq biz nə qədər tez zəruri addımlar atsaq, bir o qədər tez uğur qazanacağıq”, – deyə səhiyyə naziri fikrini tamamlayıb.

Təqdimat panel müzakirələrlə davam edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri