SOCAR və Itochu neft yataqlarının kəşfiyyatı və işlənməsini müzakirə ediblər
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" korporasiyası arasında neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi istiqamətində müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "ITOCHU" korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşündə baş tutub.
Görüşdə SOCAR-la "Itochu" arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 İyul 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















