SOCAR və Yokogawa Electric əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Yokogawa Electric" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin "Yokogawa Europe B.V."nin prezidenti, eləcə də "Yokogawa Electric Corporation"ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















