SOCARdan Ukraynaya növbəti YARDIM İrpendə poliklinikanın təmirinə 1,5 milyon dollar ayrıldı
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın İrpen şəhərində poliklinikanın təmiri üçün “SOCAR Blago” xeyriyyə fondu tərəfindən 1,5 milyon dollar vəsait ayrılıb. Bu vəsait artıq binanın əsaslı təmirinə, fasadların və dam örtüyünün izolyasiyasına, pəncərələrin dəyişdirilməsinə sərf olunub.
Bizim.Media bu barədə “SOCAR Energy Ukraine” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Poliklinika binasının bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, müasir yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, ötən il şirkət döyüşlər zamanı ciddi ziyan dəymiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen liseyinin bərpasını maliyyələşdirib. Təhsil müəssisəsinin binasının təmirinə 112 milyon qriven xərclənib.
Xatırladaq ki, “SOCAR Energy Ukraine” şəbəkəsi 11 regionda təmsil olunur, burada müştərilər rahat və inklüziv infrastruktura malik 57 yanacaqdoldurma məntəqəsinin xidmətlərindən istifadə edirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















