Soçi hava limanında 130 dan çox reys təxirə düşüb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 134 reysin gediş və gəlişində ciddi gecikmələr yaranıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat hava limanının onlayn cədvəlində yer alıb.
Məlumata görə, 66 reysin uçuşu, 68 reysin isə enişi təxirə düşüb. Reyslərin gecikmə müddəti bir neçə dəqiqədən 35 saatadək dəyişir. Təxirə düşən marşrutlar arasında Moskva, Sankt-Peterburq kimi daxili şəhərlərlə yanaşı, İstanbul, Antalya, Tbilisi, Batumi və Tel-Əviv kimi beynəlxalq istiqamətlər də var.
Hava limanının "Telegram" kanalından verilən açıqlamada bildirilib ki, günün əvvəlindən 91 reysə və 12 min sərnişinə xidmət göstərilib. Aviaşirkətlərin qərarı ilə dörd təyyarə ehtiyat aerodromlarda saxlanılır.
Qeyd olunub ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Soçi, Krasnodar və Gələnciq hava limanlarında vaxtaşırı müvəqqəti məhdudiyyətlər tətbiq edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















