Icma.az
close
up
RU
ŞOK: 8 manata satılan “kərə yağı”nın sirri açıldı KONKRET

ŞOK: 8 manata satılan “kərə yağı”nın sirri açıldı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər Bakıda bazar və mağazalarda aşağı qiymətə satılan kərə yağlarının sayının artması istehlakçılar arasında ciddi suallar doğurur. Əsl kərə yağının istehsal xərcləri nəzərə alınanda bəzi məhsulların bazar qiymətindən xeyli ucuz təklif edilməsi onların keyfiyyəti və tərkibi ilə bağlı şübhələri artırır.

Bəs ucuz kərə yağlarının sirri nədədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, kərə yağı adı altında satılan bəzi məhsulların keyfiyyəti aşağı olur və onlar istehlakçılara təbii məhsul kimi təqdim edilir.

Ekspertin sözlərinə görə, hazırkı şəraitdə 18-23 litr süddən təxminən 1 kiloqram kərə yağı əldə etmək mümkündür:

“Bu gün bir litr süd orta hesabla 1-1,20 manat arasında satılır. Hesablasaq, təkcə xammal üçün 18-25 manat xərc tələb olunur. Bunun üzərinə enerji, işçi qüvvəsi, qablaşdırma və digər istehsal xərcləri də əlavə edilir.

Nəticədə təbii kərə yağının 1 kiloqramının maya dəyəri təxminən 25-30 manat arasında formalaşır. Bu rəqəm südün yağlılıq dərəcəsindən asılı olaraq dəyişə bilər. Südün yağlılığı yüksək olduqda daha az miqdarda süddən daha çox yağ əldə etmək mümkündür”.

İ.Şirinov qeyd edib ki, belə olan halda bazarda 8-10 manata satılan məhsulların tərkibi barədə suallar yaranır:

“Əgər əsl kərə yağının maya dəyəri bu qədərdirsə, onda 8-10 manata satılan məhsulun tərkibi nədir? Belə məhsulların tərkibində palma yağı, soya yağı və digər bitki mənşəli yağlar ola bilər. İstehlakçıları çaşdıran əsas məqamlardan biri də məhsulların üzərində yazılan ifadələrdir. “Kərə tərkibli yağ”, “kərə ətirli yağ” kimi adlarla satılan məhsullar əsl kərə yağı deyil. Alıcı məhsulun etiketinə diqqət yetirməli, yağlılıq dərəcəsini və tərkibini yoxlamalıdır. Təbii kərə yağında süd qoxusunu hiss etmək mümkündür”.

Ekspert ucuz qiymətin bəzi hallarda məhsulun son istifadə müddəti ilə əlaqədar olduğunu da vurğulayıb:

“Bəzən məhsulun istifadə müddətinin başa çatmasına az qaldığı üçün şirkətlər onu daha aşağı qiymətə satışa çıxarırlar. Lakin bəzi hallarda etiketlərin yenilənməsi və ya tarixlərlə manipulyasiya edilməsi kimi halların da baş verməsi istisna deyil. Bu səbəbdən istehlakçılar məhsulun istehsal və son istifadə tarixlərini diqqətlə yoxlamalıdırlar”.

Mütəxəssis hesab edir ki, istehlakçılar ilk növbədə qiymətə deyil, məhsulun tərkibinə və keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər.

Onun fikrincə, həddindən artıq ucuz qiymət əksər hallarda məhsulun təbii kərə yağı olmamasından xəbər verir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyun 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri