Icma.az
close
up
RU
Kərə yağı kimlərə olmaz? KONKRET

Kərə yağı kimlərə olmaz? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Kərə yağı bir çox insanın sevdiyi məhsuldur. Faydasından əlavə o çörək-bulka məmulatlarına təkrarolunmaz ətir verir, yeməklərin dadını daha zərif və doyurucu edir. Lakin dad keyfiyyətlərinə baxmayaraq, kərə yağı bəzi kateqoriya insanlar üçün sağlamlığa təhlükəli ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə aif.ru rusiyalı mütəxəssislərə istinadla xəbər verib.

Bildirilir ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir. Özü də onlara yağ təkcə təmiz halda deyil, çörək-bulka və digər xörəklərin tərkibində də olmaz.

Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar.

Yeddi aylığa qədər uşaqlara isə bu məhsulu vermək ümumiyyətlə məsləhət görülmür.

Mədə-bağırsaq problemləri olan yaşlı insanlara diyetoloqlar gündə 10 qramdan çox yağ yeməməyi məsləhət görürlər. Bu yaşda yağlı və kalorili qidalar çətin həzm olunur və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.

Qeyd edək ki, sağlam insanlara kərə yağı mötədil miqdarda – gündə 30 qramdan çox olmamaq şərti ilə çox faydalıdır. Bu məhsulda vitaminlər (“A”, “B1”, “B2”, “B5”, “D”, “E”, “PP”, “K”), minerallar (maqnezium, natrium, kalsium, kalium, fosfor, sink, mis, dəmir, manqan), 20-si əvəzolunmaz olan 150 yağ turşusu, beta-karotin, omega-3-6 var. “A” vitamini miqdarına görə heç bir bitki yağı kərə yağı ilə müqayisə edilə bilməz. Yağ əsası sayəsində orqanizm B, E və D qrupu yağda həll olan vitaminləri daha yaxşı mənimsəyir.

Təbii mənşəli olması, asan həzm olunması və qidalı maddələrlə zəngin tərkibi müntəzəm istifadə zamanı kərə yağının sağlamlığa müsbət təsirindən danışmağa imkan verir. Enerji mənbəyi kimi, xüsusilə soyuq qış şəraitində fəal həyat üçün güc və enerji verir. Yağ mənbəyi kimi – hüceyrələrin yenilənməsinə kömək edir ki, bu da zehni əmək zamanı iş qabiliyyətini və davamlılığı artırır. Bundan başqa xərçəng xəstəliklərinin profilaktikasına xidmət edir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır, serotonin istehsalını stimullaşdırır. Gündəlik bu dozada istifadə qəbizlik riskini azaldaraq mədə-bağırsaq sisteminin işini normallaşdırır, selikli qişaların işini tənzimləyir, cinsiyyət hormonlarının sintezində iştirak edir, immuniteti gücləndirir, sümük sistemini və dişləri möhkəmləndirir, “yaxşı” xolesterinin səviyyəsini artırır, bu da ürək-damar sistemini möhkəmləndirir, qan damarlarının elastikliyini və tonusunu qoruyur, antifunqal və antimikrob xüsusiyyətlərə malikdir, görmə qabiliyyətini, həmçinin dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri