Icma.az
close
up
RU
ŞOK! Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər Adları qanunsuz mərc və şans oyunlarında hallanır...

ŞOK! Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər Adları qanunsuz mərc və şans oyunlarında hallanır...

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İstanbul Cumhuriyyət Prokurorluğu ötən həftə Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, teleaparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. 
Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, Türkiyədə qanunsuz mərc oyunlarına görə məşhur simaların saxlanılması Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. 
Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər.
İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər. 
Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır:
“Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür. 
Elə bunun sübutu kimi bir müddət əvvəl  Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb. Qeyd edilən əməliyyat barədə ictimaiyyətə geniş məlumat təqdim edilib. 
Bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see120

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see118

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see110

Prezident inzibati cərimələr haqda fərman imzaladı KONKRET

19 İyul 2025 11:52see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri