Icma.az
close
up
RU
ŞOK İTTİFAQ: 4 ölkə Türkiyəyə qarşı bir masada

ŞOK İTTİFAQ: 4 ölkə Türkiyəyə qarşı bir masada

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin regional gücə çevrilməsi istiqamətində sürətlə irəliləməsi və Qəzza, Suriya ilə Şərqi Aralıq dənizində artan təsiri yeni geosiyasi gərginlik yaradıb. 

Ölkə.az xəbər verir ki, İsrail Knessetində keçirilən diqqətçəkən iclasda İsrail, ABŞ, Yunanıstan və Kipr Rum administrasiyası nümayəndələri “Türkiyənin ambisiyalarının qarşısının alınması” mövzusunu müzakirə ediblər.

İsrail parlamentinin üzvü Ohad Tal çıxışında İsrail–Yunanıstan–Kipr–ABŞ əməkdaşlığının gücləndirilməsini “strateji aktiv” adlandıraraq bunun Türkiyənin regional siyasətinə cavab olduğunu bildirib. O vurğulayıb ki, bu ittifaqın məqsədi bölgədə güc balansını qorumaqdır.

Yaxın Şərq Forumunun baş direktoru Qreq Roman Türkiyənin son illərdə Qəzza ilə bağlı sərt ritorikası və Suriyadakı təsirindən narahat olduqlarını deyərək Ankara üçün F-35 proqramına qayıdışa qarşı çıxdığını açıqlayıb. ABŞ Konqresinin üzvü Rendi Fayn da Türkiyənin F-35 qırıcıları almasına qarşı olduğunu bildirərək NATO çərçivəsində belə bir addımın “məntiqsiz” olacağını deyib.

Digər konqresmen Bred Şnayder isə regionda tərəfdaş və rəqiblərin “aydın müəyyənləşdirilməli” olduğunu vurğulayıb. “Yaxın Şərqdə tərəfdaşlarımızın və düşmənlərimizin kim olduğunu aydın şəkildə bilməliyik...", -o qeyd edib.

Knessetdə keçirilən iclasda Yunanıstanın NATO nümayəndə heyətinin rəhbəri Dimitris Kairidis və Kipr parlamentinin Xarici İşlər Komitəsinin sədri Harris Georgiades də iştirak edib. Görüşdə bir sıra yüksək səviyyəli təhlükəsizlik və strategiya ekspertləri də yer alıb.
Regionda yeni ittifaqın formalaşması Ankaranın yüksələn roluna qarşı geosiyasi qarşıdurmanın daha da sərtləşəcəyindən xəbər verir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri