Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Şok statistika: 60 min abituriyent ali təhsildən kənarda qala bilər

Şok statistika: 60 min abituriyent ali təhsildən kənarda qala bilər

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimim ötən gün ali məktəblərə ixtisas seçim təsdiqi başa çatdı. Statistikadan məlum olur ki, I ixtisas qrupu RK alt qrupu üzrə 12955 plan yeri uğrunda 11819, Rİ alt qrupunda isə 7430 plan yeri uğrunda 6848 abituriyent mübarizə aparır. Ümumilikdə 20385 plan yerinə qarşı 23918 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 3533 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

II ixtisas qrupu üzrə 14935 plan yeri uğrunda 12702 abituriyent mübarizə aparır. 19039 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 4104 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

III ixtisas qrupu DT alt qrupu üzrə 13558 plan yeri uğrunda 24087, TC alt qrupunda isə 2025 plan yeri uğrunda 7620 abituriyent mübarizə aparır. Ümumilikdə 15583 plan yerinə qarşı 24414 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 8831 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

IV ixtisas qrupu üzrə 4732 plan yeri uğrunda 5420 abituriyent mübarizə aparır. 6966 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, IV ixtisas qrupu üzrə faktiki olaraq 2234 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

V ixtisas qrupu üzrə 4704 plan yeri uğrunda 16502-dən çox abituriyent mübarizə aparır. 16517 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 11813 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

Ümumilikdə götürəndə, təxminən 30 515 abituriyent subbakalavr müsabiqəsindən kəsiləcək.

Bəs bu qədər abituriyentin müsabiqədən kənar qalmasının səbəb nədir -  abituriyent sayının artması, imtahanların çətinliyi, yoxsa plan yerlərinin azlığı?

Bakıvaxtı.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, bu il abituriyentlərin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə ali və orta ixtisas təhsili üzrə müraciət edən abituriyentlərin sayı 131 mini ötüb:

“Ötən illərlə müqayisədə həm plan yerləri artıb, həm də dövlət sifarişli yerlərin sayı yüksəlib. Bu il ali təhsil müəssisələrinə təxminən 62 min plan yeri nəzərdə tutulub. Dövlət sifarişi üzrə isə 28 mindən çox pulsuz plan yeri ayrılıb, sosial cəhətdən həssas qrupları nəzərə alsaq, bu rəqəm 30-32 min nəfər ətrafında olur.

Lakin hələ müsabiqəyə qədər qruplar üzrə 20-25 min abituriyent 150 bala qədər nəticə əldə edə bilməyib. Faktiki plan yerləri üzrə nəzər saldıqda isə 30 min nəfərdən çox abituriyent mövcud plan yerlərindən kənarda qalacaq. Düzgün ixtisas seçimini etməyənləri də nəzərə alsaq, 32-33 min nəfər birinci turda müsabiqədən kənarda qalacaq. Ümumilikdə isə, 60 min abituriyentin ali təhsildən kənarda qalması proqnozlaşdırılır”.

Ekspert həmçinin peşə təhsilinin cəmiyyətimizdə hələ də kifayət qədər populyar olmadığını vurğulayıb:

“İş yerlərində ali təhsilə üstünlük verilməsi və peşə təhsilinə qarşı mövcud stereotiplər insanların ali təhsil almağa marağını artırır. Peşə və kollec təhsilinə marağın artırılması üçün müvafiq tədbirlər görülməli, eyni zamanda bəzi özəl ali təhsil müəssisələrinin yaradılmasına imkan verilməlidir.

Ali təhsildən kənarda qalan abituriyentlərin böyük hissəsi qeyri-qanuni yollarla xarici ölkələrdə ali təhsil almağa meylli olur. Türkiyə, Rusiya, Gürcüstan və digər Avropa ölkələrinə gedən abituriyentlər həm ölkəmizə maliyyə itkisi yaradır, həm də diplomlarının tanınması ilə bağlı problemlərlə üzləşirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri