Icma.az
close
up
RU
Şokalad ustasının biznes hekayəsi

Şokalad ustasının biznes hekayəsi

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransız-İsveçrə əsilli peçenye və şokolad ustası Amaury Guichon bu gün dünyanın ən məşhur şirniyyat sənətçilərindən biri hesab olunur.

News24.az valyuta.az-a istinadla xəbər verir ki, 15 mart 1991-ci ildə Fransada anadan olan Guichon, 14 yaşında kulinariya sahəsində təhsil almağa başlayıb.

Parisdəki məşhur "Lenôtre" məktəbində və Cannes şəhərində peşəkar ustalardan dərs alıb. Daha sonra Las Veqasdakı tanınmış “Jean-Philippe Patisserie” ilə əməkdaşlığa başlayıb və burada diqqətçəkən şokolad heykəlləri ilə fərqlənib.

Guichonun şöhrəti 2016-cı ildən sonra daha da artmağa başladı. Sosial mediada paylaşdığı heyrətamiz şokolad skulpturları və desert kompozisiyaları ilə milyonlarla izləyici qazandı. Hazırda onun "TikTok"da 24 milyon, Instagram-da 17 milyona yaxın," YouTube"da isə 18,7 milyon izləyicisi var. Onun video paylaşımları adətən milyonlarla baxış toplayır və bu platformalar üzərindən gəliri yüz minlərlə dollara çatır.

Mütəxəssislərin hesablamalarına görə, təkcə "YouTube" vasitəsilə Guichon illik 1–15 milyon ABŞ dolları (1,7–25,5 milyon manat) arasında qazanc əldə edir. "TikTok"dan isə illik gəliri təxminən 400–600 min dollar (680 min – 1,02 milyon manat) arasında dəyişir.

Amaury Guichonun biznes modelində əsas rol oynayan layihələrdən biri də “Pastry Academy”dir. 2019-cu ildə Las Veqasda açdığı bu akademiya dünyanın müxtəlif ölkələrindən gələn tələbələri qəbul edir. 7–10 həftəlik kursların qiyməti 16–20 min dollar (27–34 min manat) arasında dəyişir. Akademiyada hər kursda təxminən 20 tələbə iştirak edir və bu təlim dövrləri ildə bir neçə dəfə təkrarlanır. Bu model Guichon üçün illik milyon dollarlıq sabit gəlir mənbəyidir. Bundan əlavə, daha qısa – 3 günlük kurslar da təklif olunur ki, onların qiyməti orta hesabla 2 500 dollardır (4 250 manat). 

Guichon eyni zamanda media və nəşr sahəsində də aktivdir. 2018-ci ildə “The Art of Flavor” adlı ilk kitabını təqdim edib. 2021-ci ildə isə Netflix platformasında yayımlanan “School of Chocolate” adlı yarışma proqramında aparıcı kimi çıxış edib. Avstraliyada yayımlanan “Dessert Masters” adlı digər televiziya şousunda da yer alıb. Bu layihələr onun nüfuzunu artırmaqla yanaşı, yeni gəlir mənbələri də yaradıb.

Onun işlərinə beynəlxalq brendlər də maraq göstərir. Məsələn, “Carpigiani” adlı avadanlıq istehsalçısı Guichonun akademiyasına sponsorluq edir. O, eyni zamanda tanınmış simalar üçün xüsusi sifarişlər də hazırlayır. Məşhur müğənni Rihanna üçün ASAP Rocky-yə hədiyyə olaraq Lego formasında şokolad konstruktoru yaratması sosial şəbəkələrdə geniş yayılmışdı.

Müxtəlif mənbələrin məlumatına əsasən, Amaury Guichonun sərvəti hazırda 5–18 milyon dollar (8,5–30,6 milyon manat) arasında qiymətləndirilir. Onun əsas gəlir mənbələri sosial media, akademiya, kitab və televiziya layihələri, həmçinin sponsorluq və sifarişlərdir. Uğurunun sirri isə yalnız gözoxşayan şirniyyatlar hazırlamaqla bitmir – o, bu sənətini rəqəmsal brendə və çoxşaxəli biznesə çevirməyi bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri