Icma.az
close
up
RU
Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüşüb

Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüşüb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müavini Vanq Kı ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti barədə danışılıb.

Vanq Kı Ümumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməklə bağlı təklifini qəbul edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün uğurla keçirildiyi vurğulanıb. Parlament görüşünün yekun sənədinin müzakirəsində Çin Xalq Respublikasının təmsilçilərinin fəal iştirak etdiyi qeyd olunub. Soltan Məmmədov qeyd edib ki, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə işləməyə hazırdır.

Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Azərbaycan Milli Məclisinin rəhbərliyinin parlamentlər arasında əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Lin Çinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunu bildirdi.

Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. COP29 kimi mötəbər tədbiri Azərbaycanın uğurla təşkil etdiyi qeyd olundu. Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Qeyd edilib ki, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı kimi mühüm qlobal əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlıq bir çox sahələrdə strateji maraqların üst-üstə düşdüyünü göstərir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri mövcuddur. Çin şirkətlərinin yaşıl enerjiyə keçid sahəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyi bildirilib. Beynəlxalq platformalarda əməkdaşlıq istiqamətində müsbət təcrübənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri