Şolts İlham Əliyevə zəng etdi Təcili
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin nümayəndəsi Kristian Hofman deyib.
O bildirib ki, söhbət zamanı BMT-nin Bakıda keçirilən iqlim konfransı və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi müzakirə olunub.
“Kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Azərbaycan və Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd edilib.
Hofman vurğulayıb ki, telefon danışığında Şolts COP29 konfransının uğurlu olacağına əminliyini ifadə edib və Almaniyanın 2025-ci ildən sonrakı dövr üçün "iqlim maliyyəsi" ilə bağlı razılaşmanın əldə edilməsinə dəstək verəcəyini söyləyib.
Baxış sayı:118
Bu xəbər 09 Noyabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















