Şolts Ukraynadakı müharibə ilə əlaqədar Almaniyada fövqəladə vəziyyət elan etməyi təklif edir
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
“Bundestaq Ukraynadakı müharibəni Almaniya və Avropa üçün nəticələri baxımından fövqəladə vəziyyət kimi tanımalıdır. ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin son açıqlamalarını nəzərə alsaq, bu məsələni daha təxirə salmaq olmaz”.
Missiya.Az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, Bundestaq mümkün qədər tez Ukraynadakı müharibəni və onun Almaniya və Avropanın təhlükəsizliyi üçün ciddi nəticələrini Konstitusiyanın 115-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq fövqəladə vəziyyət kimi təsnifləşdirən qətnamə qəbul etməlidir.
"Bunun nəticəsi o olacaq ki, bu gün həmişəkindən daha vacib olan Ukraynaya dəstəyimiz artıq dövlətimizin öz vətəndaşları üçün yerinə yetirməli olduğu digər vəzifələr hesabına olmayacaq", - deyə kansler vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 14 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















