Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Şolts Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırdı Trampa qarşı üsyan

Şolts Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırdı Trampa qarşı üsyan

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Almaniya ABŞ və Rusiya prezidentləri arasında başlayan danışıqlar fonunda Ukraynaya yardımını mümkün qədər tez artırmalıdır. Bunun üçün ölkə parlamenti Ukraynadakı müharibəni və onun Avropanın təhlükəsizliyinə təsirlərini fövqəladə vəziyyət kimi tanımalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bəyan edib.  

"Bu o deməkdir ki, Ukraynaya dəstəyimiz, hansı ki, hazırda heç vaxt olmadığı qədər vacibdir, artıq dövlətimizin öz vətəndaşları qarşısında yerinə yetirməli olduğu digər vəzifələr hesabına həyata keçirilməyəcək", – deyə Şolts bildirib. O qeyd edib ki, Bundestaq Almaniya Əsas Qanununun 115-ci maddəsinin ikinci bəndinə uyğun olaraq fövqəladə vəziyyət elan edə bilər.  

Şoltsun sözlərinə görə, Donald Tramp və Vladimir Putin arasındakı danışıqlar gözlənilməz deyildi, lakin bu, "Avropanın aydın, sürətli və qəti mövqe tutmasını tələb edir". Almaniya kansleri Trampın döyüş əməliyyatlarını mümkün qədər tez başa çatdırmaq istəyini dəstəklədiyini bildirib, lakin Almaniyanın "məcburi sülhü" heç vaxt qəbul etməyəcəyini vurğulayıb. Onun fikrincə, Rusiyanın qələbəsi və Ukraynanın süqutu sülhə deyil, əksinə, "Ukraynadan çox-çox kənarda Avropada sülh və sabitliyin təhdid altına düşməsinə" səbəb olacaq.  

"Bu gün reallığa açıq gözlə baxmalıyıq: ABŞ administrasiyasının addımları və bəyanatları Ukrayna, Avropa və dünya üçün nə deməkdir? Hərəkətsizlik Almaniyanın və qitəmizin təhlükəsizliyini risk altına atmaq demək olardı. Mən isə ölkəmiz üçün bu kritik anda buna imkan verməyəcəyəm", – deyə Şolts bəyan edib.  

Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox silah tədarük edən ikinci ölkədir. Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştaytın sözlərinə görə, Berlin Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin başlanğıcından bəri Kiyevə müxtəlif növ yardımlar üçün 44 milyard avro ayırıb. 2025-ci ildə ölkə büdcəsindən Ukraynanın hərbi dəstəklənməsi üçün daha 4 milyard avro ayrılması planlaşdırılır, lakin bu sənəd hələ hökumət tərəfindən təsdiqlənməyib.  

Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra 12 fevralda Putinlə ilk rəsmi telefon danışığını aparıb. Təxminən bir saat yarım davam edən söhbətdən sonra Tramp bildirib ki, Rusiya prezidenti ilə razılığa gəliblər və hər iki ölkənin komandaları "hərbi münaqişənin nizamlanması üzrə dərhal danışıqlara başlayacaqlar". Bloomberg mənbəsinin məlumatına görə, Trampın Putinə zəng etməsi Aİ-dəki ABŞ müttəfiqlərini şoka salıb. Avropalı diplomatlardan biri Vaşinqtonun siyasətindəki dəyişiklikləri "Ukraynanın preventiv təslim olması" kimi qiymətləndirib.  

İki prezidentin söhbəti barədə xəbərlər yayıldıqdan dərhal sonra Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat verərək, danışıqlar masasında Avropanın da yer almasını tələb ediblər. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə ayrıca vurğulayıb ki, "Ukrayna ilə bağlı istənilən danışıqlarda Avropa əsas rol oynamalıdır".

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri