Icma.az
close
up
RU
Almaniyada meşə yanğınları ilə əlaqədar bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib

Almaniyada meşə yanğınları ilə əlaqədar bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 3 iyul, AZƏRTAC

Almaniyada davam edən quraqlıq fonunda bir neçə əyalətdə genişmiqyaslı meşə yanğınları baş verib. Saksoniya, Brandenburq, Bavariya, Türingen və Saksoniya-Anhalt əyalətlərində yanğınsöndürmə briqadaları yanğınların qarşısının alınması üçün fasiləsiz mübarizə aparır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Saksoniyada keçmiş hərbi təlim poliqonunun ərazisində başlayan yanğın genişlənərək qonşu Brandenburq ərazisinə keçib.

Yanğının söndürülməsi üçün 200-dən çox xilasedici cəlb olunub, onlarla sakin təxliyə edilib. Vəziyyətin gərginləşməsi ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub. Təbiət qoruğu olan bu ərazidə nadir quş növləri məskunlaşıb. Səhər saatlarında Brandenburq ərazisində vəziyyət nisbətən sabitləşsə də, təhlükə tam sovuşmayıb.

Bundan başqa, Türingen əyalətinin Saalfelder Höhe bölgəsində 250 hektara yaxın meşə sahəsi yanıb. Bölgədə fövqəladə vəziyyət elan olunub, əlavə 100 xilasedici cəlb edilib, əhaliyə xəbərdarlıq olunub.

Saksoniya-Anhalt əyalətinin Quedlinburq şəhəri yaxınlığında 5 min kvadratmetrlik meşə sahəsində baş vermiş yanğın isə artıq söndürülüb. Oberpfalts bölgəsindəki meşədə baş verən yanğın polis və yanğınsöndürmə qüvvələrinin müdaxiləsi ilə nəzarət altına alınıb. Təxminən 3 min kvadratmetrlik sahədə baş vermiş yanğının söndürülməsinə iki polis helikopteri də cəlb olunub. Regionda kiçikmiqyaslı daha səkkiz yanğın qeydə alınıb.

Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin şərqində yüksək yanğın təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Həftəsonu bu riskin cənub-qərb bölgələrdə də artacağı gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri