Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Almaniya Kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.
Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.
Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.
Hebeştrayt bildirib ki, Şolts bu telefon danışığından qabaq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək.
Baxış sayı:71
Bu xəbər 15 Noyabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















