Şolts yenə “yox” deyir “Müharibənin böyüməsindən” qorxur AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Olaf Şolts ABŞ-nin Rusiya ərazisinə “ATACMS” zərbələri endirmək icazəsinə baxmayaraq, “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya vermək fikrində deyil.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Almaniya hökuməti başçısının müavini Volfqanq Büxner bəyanat yayıb.
Onun sözlərinə görə, federal kanslerin bu məsələ ilə bağlı mövqeyi “dəyişməz olaraq qalır”.
O, Şolts üçün "bu müharibənin böyüməməsinin" vacib olduğunu qeyd edib: “Bu səbəbdən kansler Ukraynaya verdiyi hərbi dəstəkdə müəyyən sərhədləri aşmaq istəmir”.
Xatırladaq ki, ABŞ mediasının yazdığına görə, Prezident Co Bayden ilk dəfə Ukraynaya Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etməyə icazə verib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















