Somali XİN rəhbəri: Azərbaycanla müdafiə sahəsində geniş əməkdaşlığımız mövcuddur
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin əvvəlində Somali Prezidenti Azərbaycana səfər etmişdi, çox vacib sahələri əhatə edən anlaşma memorandumu imzalanmışdı.
APA xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan hökuməti Somalidən olan tələbələrin Azərbaycana gəlməsinə şərait yaradır: “Biz hazırda təbii resursların kəşfiyyatını həyata keçiririk. Tələbələrimiz burada daha savadlanacaq ki, biz bu işi yaxşı həyata keçirə bilək. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlığımız mövcuddur. İlin əvvəlində bu əməkdaşlığı genişləndirmək üçün nümayəndə heyəti Azərbaycana gəlmişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















