Somalidə hərbi əməliyyat zamanı “əl Şəbab”ın 15 silahlısı öldürülüb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qahirə, 5 iyul, AZƏRTAC
Somalinin cənubunda həyata keçirilən əməliyyat zamanı "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "əl-Şəbab" qruplaşmasının 15 silahlısı öldürülüb, 20 nəfər isə yaralanıb.
AZƏRTAC Somali İnformasiya Agentliyinə istinadla xəbər verir ki, əməliyyat Aşağı Şebelle bölgəsinin Farsuli rayonunda həyata keçirilib.
Bildirilib ki, bu əməliyyatlar "əl-Şəbab" qruplaşmasının döyüş imkanlarının zəiflədilməsi, eləcə də terror aktlarını planlaşdıran və həyata keçirən şəbəkələrin dağıdılması istiqamətində davam etdirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd edək ki, Somali ordusu ötən həftə ərzində də eyni bölgədə "əl-Şəbab" hədəflərinə qarşı oxşar əməliyyatlar həyata keçirib. Həmin əməliyyatlar nəticəsində qruplaşmanın onlarla üzvünün öldürüldüyü və yaralandığı bildirilmişdi.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 İyul 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















