Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vuruldu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqаyıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Baxış sayı:71
Bu xəbər 13 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















