Icma.az
close
up
RU
Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb RƏY

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb RƏY

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 may, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qaldırılan məsələlərin həlli ölkəmizdə aqrar sektorun inkişafını daha da sürətləndirəcək.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan Gül istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Laləzar İmamquliyeva deyib. Onun sözlərinə görə, son illərdə ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqətin nəticəsidir ki, bizim üçün ənənəvi olmayan bir sıra kənd təsərrüfatı malları və məhsullarının ixracına artıq başlanılıb. İstixanalar və gülçülüyün də inkişafına diqqət ayrılması gülçülər üçün vacibdir: “Bildiyimiz kimi, ölkəmiz ənənəvi olaraq Rusiya və yaxın bazarlar üçün əsas qərənfil tədarükçüsü olub. Lakin ölkəmiz müstəqillik qazanandan sonra keçid dövründə bir çox təsərrüfatlar dağılıb. Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb. Bu gün Azərbaycanda, demək olar ki, hər növ kəsmə gül yetişdirilir. “Azərbaycan Gül İstehsalçıları və İxaracatçıları Assosiasiyası”nın üzvləri əsasən kəsmə qızılgül, zanbaq, pion kimi güllər yetişdirir. İstixanalarımız son texnoloji tələblərə cavab verir, iqlim avtomatik idarə olunur. Ölkəmizdə illik 20 milyondan çox kəsmə gül istehsal edilir. Bununla yanaşı, təxmini 10 milyona yaxın da gül idxal olunur. İdxal əsasən Cənubi Amerika, Afrika ölkələri ilə yanaşı, Çin, İran kimi ölkələrdən də həyata keçirilir. Həmin ölkələrdə istehsalın maya dəyəri çox aşağıdır. Misal üçün, Cənubi Amerika və Afrika ölkələrinin iqlim şəraitinə görə elektrik enerjisi və təbii qazdan istifadə edilmir, eyni zamanda, işçilərə çox aşağı əməkhaqqı verilir və bu da idxal olunan gülün qiymətinin yerli istehsalçı ilə eyni, yaxın ölkələrdən idxal zamanı, məsələn, İrandan, yerli istehsalçının topdansatış qiymətindən daha aşağı olur. Digər ölkələrdən gül idxalına müəyyən limitlərin qoyulması tətbiq olunarsa, yerli istehsala maraq artar.

Bizim istehsalçılar keyfiyyətli gül istehsalı üçün enerji daşıyıcılarından asılıdırlar. Təsəvvür edin ki, istixanalarda yetişdirilən güllərin maya dəyərinin 50 faizdən çox hissəsi enerji daşıyıcılarının payına düşür.

Bu gün gülçülük kənd təsərrüfatının digər sahələrinə ayrılmış subsidiyalardan istifadə edə bilmir. Biz gül tinglərini, soğanaqları Avropadan, əsasən də Niderland Krallığından idxal edirik. Gül tinginin qiymətindən əlavə, hər ting üçün əlavə lisenziya haqqı ödəyirik və biz burada heç bir subsidiya almırıq. Bununla yanaşı, açıq sahələrdə yetişdirilə bilən gül növlərinin əkinində gülçülər aqrar sığorta alətlərindən istifadə edə bilmir, bu da risklərimizi artırır.

Prezident İlham Əliyev müşavirədə ixrac potensialının gücləndirilməsini qeyd etdi. İxrac potensialının gücləndirilməsi üçün maya dəyərinin aşağı salınması ilə yanaşı, ekoloji baxımından təmiz məhsul yetişdirilməsi də vacib amillərdəndir. Bunun üçün zərərvericilərlə mübarizədə bioloji üsullardan istifadə olunması zəruridir. Bu, eyni zamanda, ölkəmizin qoşulduğu Rotterdam Konvensiyasının bir hissəsidir.

Hazırda zərərvericilərlə mübarizədə faydalı agentlər - “böcəklər” idxal olunur. Həmin böcəklərin ömrünün 1-2 həftə olmasına baxmayaraq, biz onları diri heyvan kateqoriyasında idxal edirik. Faydalı agentlərin istehsalı üzrə yerli laboratoriyaların qurulması əsas şərtlərdən biridir. Məlumat üçün bildirim ki, bu faydalı agentlər gülçülüklə yanaşı tərəvəz və sair sahələrdə də istifadə olunur.

Bütün qeyd olunan amillər öz həllini taparsa, ölkəmiz regionun əsas gül istehsalçılarından birinə çevrilər”.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri