Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər Xəbərdarlıq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son 15 il ərzində ilk dəfə Fin körfəzinin tamamilə buzla örtülməsi riski var.
Oxu.Az-ın məlumatına görə, rusiyalı meteoroloqu Aleksandr Kolyosov bu barədə "Telegram" kanalında məlumat verib.
"Son bir ay yarımın şaxtalı havası Fin körfəzindəki buzun qərbə doğru irəliləməsinə imkan verib. Körfəzin buz örtüyünün 80% olduğu təxmin edilir və qarşıdakı uzunmüddətli şaxtalı hava tam donmaya səbəb ola bilər", - deyə hesabatda bildirilir.
A.Kolyosov aydınlıq gətirib ki, bu cür genişmiqyaslı buzlanma əvvəlki illərdə qeydə alınmayıb. Adətən, körfəzin yalnız şərq ucu donur, qərb hissəsi isə daha yüksək hava temperaturu səbəbindən buzsuz qalır.
Sinoptik, həmçinin qeyd edib ki, siklonun cənuba keçməsi nəticəsində güclənən şimal-şərq küləyinin buz sahəsini parçalamağa və uzatmağa başladığı görüntülərdən aydın görünür. Lakin onun hesablamalarına görə, aşağı temperatur davam edəcək və bu da 2011-ci ildən bəri ilk dəfə körfəzin tamamilə donması üçün şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:308
Bu xəbər 14 Fevral 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















