AİKTSA rəhbəri: Azərbaycanın rəqəmsal hökumət üzrə ilk 20 liyə daxil olması real hədəfdir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Telekommunikasiya infrastrukturu genişləndikcə və əhalinin rəqəmsal bacarıqları artdıqca Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində ilk 20 ölkə sırasına daxil ola bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) rəhbəri Elvin Abbasov bildirib.
Elvin Abbasov Azərbaycanın onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməsini ölkənin bu sahədə dünyanın aparıcı ölkələri səviyyəsinə çatmasının göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu nəticədə “mygov” vasitəsilə müxtəlif qurumların xidmətlərinin bir platformada təqdim edilməsi, “digital.bridge” üzərindən qurumlar arasında real vaxt rejimində məlumat mübadiləsi və rəqəmsal sənəd dövriyyəsinin tətbiqi rol oynayıb.
Ekspert 2026–2028-ci illər üzrə Fəaliyyət Planının və Rəqəmsal İnkişaf Şurasının qurumlararası əlaqələndirmə işinin dövlət xidmətlərində bürokratik prosedurların azalmasına şərait yaratdığını qeyd edib.
Qeyd edək ki, BMT-nin noyabrın 19-da açıqladığı Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 2024-cü ildəki 74-cü yerdən 38-ci yerə yüksəlib. Ölkənin ümumi göstəricisi 16,3% artaraq 0,8847 bal olub. BMT indeksi onlayn xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə göstəricilər əsasında hesablayır. Azərbaycan hər üç istiqamətdə irəliləyib. Ən böyük yüksəliş onlayn xidmətlər üzrə qeydə alınıb. Ölkə bu göstəriciyə görə 67-ci yerdən 11-ci yerə qalxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















