Icma.az
close
up
RU
Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? Açıqlama

Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? Açıqlama

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər müxtəlif sosial şəbəkələrdə son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılması barədə səsləndirilən fikirlər müzakirə olunur.

Bu barədə Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Qafqazinfo” ilə fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, bu məqamın düzgün anlaşılması vacibdir: “Söhbət Bakı şəhərinin büdcəsindən və ya dövlət büdcəsindən 200 milyard dollar vəsaitin xərclənməsindən getmir. Burada müxtəlif mənbələr hesabına şəhərə yatırılmış investisiyaları əhatə edən ümumi statistik göstəricidən söhbət gedir.

Bu göstəriciyə yerli və xarici özəl şirkətlərin vəsaitləri, sahibkarların yatırımları, yaşayış binalarının və komplekslərinin, biznes və ticarət mərkəzlərinin, mehmanxanaların, zavod və fabriklərin, istehsal müəssisələrinin, eləcə də nəqliyyat, kommunal və digər infrastruktur obyektlərinin tikintisinə və inkişafına yönəldilən investisiyalar daxildir

Ümumiyyətlə, investisiyaların bu şəkildə hesablanması beynəlxalq təcrübədə qəbul edilmiş normadır. Dünyanın müxtəlif ölkələrində investisiya göstəriciləri hesablanarkən büdcə vəsaitləri deyil, dövlət və özəl sektor tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilən sərmayələrin ümumi həcmi nəzərə alınır.

Üstəlik, son illərdə Bakının necə sürətlə dəyişdiyini və inkişaf etdiyini hər kəs əyani şəkildə görə bilər. Paytaxtda yeni yaşayış massivləri və müasir binalar tikilir, yollar və nəqliyyat infrastrukturu yenilənir, yeni istehsal və xidmət sahələri yaradılır, şəhər infrastrukturu genişlənir və müasirləşir. Bakının bugünkü siması son illər ərzində həyata keçirilmiş irimiqyaslı layihələrin və davamlı investisiya prosesinin real nəticəsidir.

Bu rəqəmin səsləndirilməsində məqsəd Bakıda son iki onillik ərzində formalaşmış böyük investisiya miqyasını göstərmək və paytaxtın həm dövlət, həm də özəl sektor üçün cəlbedici və təhlükəsiz investisiya platforması olduğunu vurğulamaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri