Son 33 ildə maaş 65 dəfədən çox artıb İqtisadçı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu həmçinin Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunmasına aparan tarixdir. .
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
O bildirib ki, son 33 il Azərbaycan tarixinə iqtisadi tənəzzülə qarşı mübarizə, stabillik və sürətli iqtisadi artım dövrləri kimi daxil olub:
"1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollaradək artıb.
Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, son 33 il ərzində dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb. Son 33 ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata yüksəlib.
Göründüyü kimi, son 33 ildə Azərbaycanın bütün iqtisadi göstəricilərində ciddi artımlar qeydə alınıb. Bu inkişafın banisi Ümummilli Liderdir. İnkişafın dayanıqlığını gücləndirən isə cənab Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən strateji siyasət olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Oktyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















