Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Son 7 gün: Bazarlara vergi gəlir

Son 7 gün: Bazarlara vergi gəlir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir”. 

Bu, Dövlət Vergi Xidmətinin məlumatında bildirilir. Həmçinin qeyd edilir ki, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə, təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir: 

“Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. 

Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir. Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq”. 

Vergi Məcəlləsinə edilən bu dəyiişiklik bazarda məhsulların qiymətinə təsir göstərəcəkmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bidirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə ölkədəki bazarlarda mülkiyyətçilər ilə icarədarlar arasında müqavilə imzalanacaq: 

“Həmin icarədarlar da vergi uçotuna alınacaqlar. Yəni oktyabr ayının 1-də qüvvəyə minəcək qərardan sonra bazar sahibi olan mülkiyyətçi ilə icarədar olan dükan sahibləri arasındakı müqavilələr vergi uçotuna alınacaq və onlar vergi ödəyicisi kimi qeydiyyata düşəcəklər. 

Bu, o deməkdir ki, həm bazarlarda satış nöqtəsi, həm də dükanı və ya anbarı olan şəxslər avtomatik olaraq vergi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Bu barədə məlumatlar hər qrup üzrə mülkiyyətci icarədar tərəfindən vergi orqanlarında bəyan olunacaq. 

Yəni neçə icarə müqaviləsi hazırda qüvvədədir, neçəsi vergi ödəyicisidir və s. kimi hesabatlar hər rüb vergi orqanlarına təqdim olunmalıdır. Bunu təqdim etməyənlər cərimələnəcəklər”. Onun sözlərinə görə, eləcə də bazar sahibi olan mülkiyyətçilər icarədarlarla müqavilə imzalamadıqları təqdirdə həm mülkiyyətçi, həm də icarədar cərimə olunacaqlar:

“Bu, o deməkdir ki, bazarda vətəndaşın bir piştaxtası varsa və orada müəyyən həcmdə ticarət həyata keçirirsə, ərar ona şamil olunaca.  Burada həm kənd təsərrüfatı məhsulları, ət, süd, həm də tikinti materiallarından söhbət gedə bilər. Çünki bu günə qədər bazar satış sistemlərində vergidən yayınma və kölgə iqtisadiyyatı kütləvi hal almışdı. 

Biz bunun timsalında Bakıda yüngül sənaye malları, geyim malları satan bazarları göstərə bilərik. Eyni zamanda, tikinti materialları bazarında bunun şahidi oluruq ki, hər hansı bir şəkildə vergi ödəyicisi deyil. Bundan sonra onların vergi ödəyicisi kimi uçota alınmasının həyata keçirilməsi üçün həmin bazarın sahibi olan mülkiyyətçilər üzərində nəzarət mexanizmi qurulacaq. 

O mülkiyyət sahibləri də məcburi olaraq icarə müqaviləsi bağladıqları satış həyata keçirən nöqtələrin vergi uçotuna alınmasını təmin edəcəklər. Bu, o deməkdir ki, bazarın daxilində bir nöqtədə kartof belə satsalar, kiçik bir dükan da işlətsə, vergi ödəməli olacaqlar”. 

Ekspertin sözlərinə görə, bunun müqabilində piştaxta sahibi məhsulun qiymətini artıracaq: 

“Çünki burada maya dəyərinin artması, xərclərin çoxalması var. İstər-istəməz  qiymətlərin bahalaşmasında özünü göstərəcək. Maya dəyərinin bahalaşması bazarlarda qiymətlərin bahalaşmasına gətirib çıxaracaq”. 

Rayonlardakı bazarlarda ucuz qiymətə məhsul satanların vergini necə verəcəyinə gəldikdə isə ekspert deyir ki, hər kəs öz icarəyə götürdüyü satış nöqtəsinin ərazisinə və ticarətinin dövriyyəsinə görə vergi verəcək. 

Nigar Abdullayeva 
“Cebheifno.az”

 

Açar sözlər: Bazar vergi Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri