Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Rəqəmsal bazarlara çıxış genişlənir

Rəqəmsal bazarlara çıxış genişlənir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

KOB-lar üçün yeni hədəflər müəyyənləşdi

Azərbaycanda kiçik və orta biznes subyektlərinin rəqəmsal iqtisadiyyata inteqrasiyası yeni mərhələyə keçid edir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”ya əsasən, növbəti üç il ərzində KOB-ların rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Strategiyada yer alan hədəflərə görə, 2029-cu ilə qədər rəqəmsal bazarlarda fəaliyyət göstərən KOB-ların sayı 200-ə çatdırılmalıdır.

Qeyd edək ki, sənəddə bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunur. Rəqəmsal platformalara inteqrasiya olunmuş KOB-ların sayı 2026-cı ildə 20, 2027-ci ildə 50, 2028-ci ildə isə 100 olmalıdır. Sonrakı mərhələdə isə bu rəqəmin 2029-cu ildə iki dəfə artaraq 200-ə çatdırılması planlaşdırılır. Bu dinamika ölkədə biznes mühitinin rəqəmsallaşmasını sürətləndirməklə yanaşı, KOB-ların daha geniş bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Müasir iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı bir dövrdə biznes subyektləri üçün rəqəmsal bazarlara çıxış imkanları strateji əhəmiyyət kəsb edir. Rəqəmsal bazarlara çıxış dedikdə, şirkətlərin məhsul və xidmətlərini ənənəvi satış kanalları ilə yanaşı, internet və digər rəqəmsal platformalar vasitəsilə istehlakçılara təqdim etməsi nəzərdə tutulur.

Rəqəmsal bazarlara çıxış əldə etmiş şirkətlər onlayn satış platformalarından, sosial şəbəkə mağazalarından, elektron ticarət sistemlərindən və mobil tətbiqlərdən geniş şəkildə istifadə etməklə məhsullarını daha böyük auditoriyaya çatdıra bilirlər. Bununla yanaşı, rəqəmsal reklam alətləri, elektron ödəniş sistemləri, avtomatlaşdırılmış logistika xidmətləri və data analitikası kimi imkanlar biznes subyektlərinin fəaliyyətini daha çevik və səmərəli edir.

Ekspertlərin fikrincə, rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsi kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətini artırır, satış coğrafiyasını genişləndirir və əməliyyat xərclərinin optimallaşdırılmasına şərait yaradır. Bu proses həmçinin bizneslərin şəffaflığını təmin etməklə yanaşı, onların qlobal bazarlara inteqrasiyasını sürətləndirir.

Araşdırmalar göstərir ki, rəqəmsal bazarlara inteqrasiya KOB-ların satış coğrafiyasını genişləndirir. Həmçinin, onların əməliyyat xərclərini azaldır, müasir rəqəmsal alətlərdən istifadə hesabına məhsuldarlığı artırır. Eyni zamanda, elektron ticarət platformalarına qoşulmuş şirkətlər qlobal bazarlara çıxış imkanları əldə edir. Bu isə Azərbaycan məhsullarının beynəlxalq rəqabətliliyinin yüksəlməsinə şərait yaradacaq.

Rəqəmsal bazara çıxış əldə etmiş KOB-ların sayının artması bütövlükdə ölkə iqtisadiyyatında şəffaflığın yüksəlməsi, rəqabət mühitinin genişlənməsi və yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyət kəsb edir. Bu strategiya Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Mövzu ilə bağlı Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov XQ-yə bildirdi ki, əslində, bu strategiya Azərbaycanın gələcəyi üçün, xüsusilə də yaxın perspektivdə əsas sənədlərdən biridir:

– Çünki məhz bu sənəd vasitəsilə ölkəmizin növbəti illər üçün prioritetləri, inkişaf trayektoriyası və rəqəmsal iqtisadiyyat üzrə hədəfləri müəyyənləşdirilib. Bu gün rəqəmsal iqtisadiyyat artıq sadəcə mümkün fəaliyyət istiqaməti yox, qlobal iqtisadi sistemdə zəruri fəaliyyət sahəsidir.

Azərbaycan bu reallığı düzgün qiymətləndirərək sənədin hazırlanmasında müasir çağırışları, rəqəmsallaşmanın əsas istiqamətlərini və strateji hədəfləri diqqətlə nəzərə alıb. Xüsusilə sənəddə aparılmış SWOT təhlilinin (güclü və zəif tərəflər, imkanlar və risklərin) açıq şəkildə göstərilməsi yanaşmanın peşəkarlığından xəbər verir və sənədin elmi-metodoloji baxımdan doğru qurulduğunu təsdiqləyir.

Fərid Kazımov güclü rəqəmsal iqtisadiyyatı qurmaq və qlobal rəqabətdə öz mövqeyimizi qorumaqla bağlı qeyd etdi ki, heç olmasa mövcud səviyyəmizdə rəqabətə davam gətirmək istəyiriksə, ölkədə kadr hazırlığının transformasiyası mütləqdir. Xüsusən rəqəmsal sahədə:

– Təəssüf ki, hazırda mövcud ali təhsil sistemi tam olaraq müasir tələblərə cavab vermir və bazarın ehtiyac duyduğu rəqəmsal mütəxəssislər üzrə hazırlıqda boşluqlar qalmaqdadır. Bu problem əmək bazarında da özünü göstərir: bizneslərin ehtiyac duyduğu rəqəmsal bacarıqlara malik kadrlar hələ də kifayət qədər deyil. Ümid edirəm ki, strategiyada əks olunan yeni yanaşmalar həm dövlət qurumlarını, həm də özəl sektoru bu istiqamətdə daha aktiv olmağa sövq edəcək və kadr hazırlığında real dönüş yaratmaq üçün ciddi təkan olacaq. Bu artıq sadəcə hədəf deyil, fəaliyyət planı səviyyəsində həyata keçirilməli olan prioritetdir.

Rəqəmsallaşmanın yalnız dövlət xidməti kimi deyil, KOB-ları da əhatə edən geniş transformasiya kimi qəbul olunması olduqca müsbətdir. Azərbaycanda rəqəmsallaşma mövzusu müzakirə edilərkən əsas vurğu çox zaman dövlət xidmətlərinin elektronlaşdırılması üzərində olur. Lakin sənəddə xüsusi olaraq göstərilib ki, rəqəmsallaşma təkcə “rəqəmsal hökumət” demək deyil. Kiçik və orta sahibkarlığın rəqəmsal transformasiyası, ənənəvi biznes proseslərinin rəqəmsal modellərə keçirilməsi də strateji hədəflər sırasındadır.

Bununla belə, burada bir məqama toxunmaq lazımdır: KOB-ların rəqəmsallaşdırılması üzrə hədəflərin hələlik kifayət qədər mühafizəkar olduğu görünür. Məsələn, ilkin mərhələdə 20 KOB-un rəqəmsallaşdırılması kimi rəqəmlər qeyd edilib. Fikrimcə, real vəziyyəti, qlobal təcrübəni və daxili potensialı nəzərə alsaq, bu proses daha sürətlə aparılmalıdır.

Son olaraq ekspert onu da vurğuladı ki, Azərbaycan sahibkarları arasında müəyyən ənənəvi düşüncə tərzi, rəqəmsal transformasiyaya qarşı ilkin müqavimət ola bilər:

– Bu, normaldır və bir çox ölkələrdə müşahidə olunub. Ola bilsin ki, strategiyanın təmkinli proqnozları da məhz bu kontekstdə formalaşdırılıb. Amma əminəm ki, sonrakı illərdə rəqəmsallaşan KOB-ların sayı göstəriləndən qat-qat yüksək olacaq. Artıq hazır həllər, proqram təminatları, texnologiyalar mövcuddur və bunların tətbiqi böyük sıçrayış yarada bilər.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see221

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see215

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see205

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see200

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see195

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see189

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see187

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see183

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see173

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see170

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see169

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see168

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see166

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see166

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see164

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see163

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see163

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see160

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see159

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri