Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Son 70 ilin ən sərt qışı gəlir”… Bakı üçün iki kritik tarix

“Son 70 ilin ən sərt qışı gəlir”… Bakı üçün iki kritik tarix

Icma.az bildirir, Bizim media portalına istinadən.

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqların səsləndiyini, amma gözlənilən soyuqların baş vermədiyini bildirirlər.
Bu il Azərbaycanda qış necə keçəcək? Ölkədə indiyədək ən sərt qış hansı ildə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, əslində, qışın sərt keçəcəyini aylar öncədən qəti şəkildə söyləmək elmi baxımdan düzgün deyil:
“Çünki Azərbaycanın hava şəraiti müxtəlif atmosfer proseslərinin təsiri altında formalaşır. Arktikadan daxil olan soyuq hava kütlələri, atmosfer təzyiqinin dəyişməsi, Xəzər dənizinin təsiri və regional hava dövranı qışın gedişinə birbaşa təsir göstərir. Bu səbəbdən qışın bütövlükdə sərt keçməsi ilə ayrı-ayrı günlərdə kəskin şaxtaların müşahidə olunmasını fərqləndirmək lazımdır. Hazırkı məlumatlara görə, Azərbaycanda 2026-2027-ci illərin qışının son 70 ilin ən sərt qışı olacağını təsdiqləyən etibarlı əsas yoxdur. 
Maraqlı məqam odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssisi Səfər Səfərovun açıqlamasında qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi bildirilib. Bununla belə, ayrı-ayrı günlərdə temperaturun kəskin aşağı düşməsi və qar yağması istisna edilmir. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-da açıqladığı noyabr proqnozunda da ölkə üzrə temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu, hələ qışın üç ayı üçün proqnozu deyil, lakin mövsümə keçid dövrünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir”.
Ekoloq bildirib ki, Azərbaycan ərazisində iqlim şəraiti eyni deyil:
“Bakı və Abşeronda mülayim keçən qış dağlıq ərazilərdə sərt şaxtalarla müşayiət olunur. Naxçıvan, Qazax-Gəncə bölgəsi, Quba-Qusar və yüksək dağlıq ərazilərdə temperatur fərqləri daha kəskin hiss edilir. Azərbaycanın meteoroloji tarixində xüsusilə 1949, 1967, 1968, 1972, 1978 və 1979-cu illərin qışları sərt hava şəraiti və güclü qar yağması ilə yadda qalıb. Bakıda isə rekord şaxtalarla bağlı xüsusi diqqət çəkən iki tarix var. 1969-cu ilin 9-10 fevralında Bakıda temperatur mənfi 9,6 dərəcəyədək enib. 2012-ci ilin 8 fevralında temperatur mənfi 11 dərəcəyə düşərək əvvəlki rekordu yeniləyib. Həmin vaxt şaxtalı hava 13 gün davam edib. O dövr son 40 ilin ən soyuq fevral ayıdır”.
İB sədri qeyd edib ki, bəzən dünyanın ayrı-ayrı regionlarında gözlənilən atmosfer dəyişiklikləri bütün ölkələrə aid edilərək sensasiyalı başlıqlarla yayımlanır:
“Məsələn, bu il yayılan bəzi xəbərlərdə “El Nino” və qütb burulğanı ilə bağlı proseslərə istinad edilərək son 70 ilin ən sərt qışından danışılır. Halbuki bu iddialar Azərbaycanın meteoroloji müşahidələri əsasında verilmiş rəsmi proqnoz deyil. Uzunmüddətli proqnozlar ehtimal xarakteri daşıyır və zaman keçdikcə yenilənməlidir. 
Burada əsas məsələ qorxutmaq yox, hazırlıqlı olmaqdır. Bu barədə səsləndirilən fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Azərbaycanda da qısamüddətli şaxtalar, güclü küləklər, qar yağması və temperaturun kəskin dəyişməsi ehtimalı hər zaman nəzərə alınmalıdır. İctimaiyyətə verilən hava məlumatlarında da sensasiyadan çox elmi əsaslandırmaya üstünlük verilməlidir.
Çünki hər il təkrarlanan, lakin reallaşmayan qorxulu proqnozlar insanların meteoroloji xəbərdarlıqlara inamını azaldır”.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri