Icma.az
close
up
RU
“Son 710 gündə İspaniya mətbuatı bizim ölkənin futbolundan danışdı” Qurban Qurbanov

“Son 710 gündə İspaniya mətbuatı bizim ölkənin futbolundan danışdı” Qurban Qurbanov

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün "Qarabağ" və "Kəpəz" qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçiriblər. “Football-plus.az” xəbər verir ki, "Azərsun Arena"dakı qarşılaşma ağdamlıların 5:1 hesablı qələbəsi ilə bitib. Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər qarşısına çıxıb.
- İstədik ki, rəsmi oyunda futbolçular özlərini hiss etsinlər. Hər futbolçuya 45 dəqiqə şərait yaratdıq. Hətta tapşırıq vermişdik ki, tələsməsinlər və ehtiyalı olsunlar. Çünki yanvarın 17-də çempionat başlayır. İndi futbolçuları yüksək dinamika ilə oyunlara hazırlamaq böyük riskdi. Məncə, futbolçular üçün faydalı bir oyun oldu. “Kəpəz” rəhbərliyinə və Azər Bağırova təşəkkür edirəm ki, təklifimizi qəbul etdilər. Ayın 12-də “Zirə” ilə oyun da var. Komandanı normal səviyyəyə gətirməyə çalışacağıq.
- Zədəlilərin durumu necədi?
- Bədavi hələ komandaya qoşulmayıb. Bəhlulla Veşoviçin oynaması üçün 20-25 dəqiqə şərait yaratdıq. Zubirin hərarəti var idi. Başqaları da tam bərpa olunur. Aleksey İsayevə də tapşırılmışdı ki, ehtiyatlı olsun. Ayın sonunda hər şey qaydasında olacaq.
- Benzya ilə bağlı durum nə yerdədi?
- Benzyanın anasının vəziyyəti ağırdı. Ona görə də hələ dönməyib. Bir dəfə xəbər göndərdi və biz də razılaşdıq.
- Akademiyanın oyunçuları bu gün özlərini göstərdilər. Onlarla bağlı nə deyə bilərsiz?
- Bir neçə oyunçu bizimlə məşqlərdə iştirak edir. Amma hələ daha çox çalışmalıdılar. İstəkli və çalışqandılar. Daha diqqətli olmalıdılar.
- Juninyonun transferi ilə bağlı məsələ nə yerdədi?
- Düzü, məsələ konkretləşməyib. Klubla bağlı bəzi nüanslar var. Oyunçunun öz istəyi də vacibdi. Əvvəl “Sevilya” ilə hər şey tam danışılmışdı. Həm menecerlə, həm də klub rəhbərlikləri ilə danışıqlar gedir. Yaxın günlərdə bilinəcək.
- Hansısa transfer gözlənilirmi?
- İşimizin çox hissəsini oyunçularla bağlı ayırmışıq. Amma alınması tam real görünmür. Yenə də vaxtımız var.
- Avrokuboklarda çətin oyunlar var. Juninyonun gedib-getməməsinin həmin oyunlara bir təsiri olacaqmı? Həmin oyunlar sizi gözləsə də, Juninyoya yaxşı təklif olsa, buraxacaqsız?
- Təklif var. Bəzən futbolçuları və təklif göndərən klubu nəzərə almaq lazımdı. Ümumən həm “Sevilya”dan, həm də “Flamenqo”dan təkliflərin gəlməsi “Qarabağ”ın böyüməsi və bu kluba daha çox diqqət ayrılması deməkdi. Son 7-10 gündə İspaniya mətbuatı bizim ölkənin futbolundan danışdı. Böyük müzakirələr gedib. Biz oyunçunu itirə bilərik. Amma klub bu transferlə böyük uğur əldə edəcək. Siyasi tərəfdən baxsaq, ölkə futbolu üçün böyük bir addımdı.
- Nəzərə alaq ki, Cica zəifləyib və Juninyo da gedə bilər. Avrokuboklardakı qarşıdakı iki oyunu necə dəyərləndirirsiz?
- Varianlarımız var. Dəfələrlə belə hallar olub. Biz çıxış yolu tapmışıq. Hazırda o mövqedə oynayan futbolçular var.
- Juninyonun “Sevilya”nın təklifindən imtina etdiyi deyilir. Sizin üçün futbolçunuzun “Flamenqo”ya cavab verməsi nə dərəcədə önəmlidi?
- Futbolçunun istəyi çox önəmlidi. “Sevilya” bizim üçün daha maraqlı olardı. Çünki Avropanın köklü klubudu. Ronaldinyo kimi futbolçu “Flamenqo”dan çıxıb. O klubun da böyük iş prinsipləri var. Bizim üçün bir o qədər fərqi yoxdu. Əsas oyunçunun ürəyincə və klubdakı perspektivi daha yaxşı olsun.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri